PDF Oxu

Siyasət

  • 1 591

İlham Əliyev Mövlud Çavuşoğluya başsağlığı verib

image

Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisinin millət vəkili Mövlud Çavuşoğluya atasının vəfatı ilə bağlı başsağlığı məktubu göndərib. SİA xəbər verir ki, məktubda deyilir:

"Hörmətli cənab Çavuşoğlu.

Ailənizə üz vermiş ağır itki – atanız Osman Çavuşoğlunun vəfatı xəbəri məni olduqca kədərləndirdi.
Bu üzüntülü anlarda dərdinizə şərik çıxır, Sizə və ailənizin bütün üzvlərinə dərin hüznlə başsağlığı verir, səbir diləyirəm.
Allah rəhmət eləsin!".

Digər xəbərlər