PDF Oxu

Siyasət

  • 434

Gürcüstan-Azərbaycan əlaqələrinin mahiyyəti - ŞƏRH

image

Bu gün Azərbaycan - Gürcüstan münasibətləri ən yüksək səviyyədədir. Dost, mehriban qonşu və strateji tərəfdaş olan Gürcüstanın yeni Prezidenti Mixeil Kavelaşvilinin ilk rəsmi səfərini məhz Azərbaycana etməsi iki ölkə arasında mövcud olan isti münasibətlərin bariz nümünəsi, dostluğun və tərəfdaşlığın növbəti təzahürüdür.

Prezidenti İlham Əliyev mətbuata bəyanatında həmkarnın prezident vəzifəsinə seçiləndən sonra ilk rəsmi səfəriniölkəmizə etməsini yüksək qiymətləndirib. Ölkə başçısı bildirib ki, bu eyni zamanda Gürcüstan-Azərbaycan əlaqələrinin mahiyyətini, xalqlarımızın dostluğunu, qardaşlığını göstərir.

“Əsrlər boyu bizim xalqlarımız sülh, mehribanlıq, qardaşlıq şəraitində yaşamışlar. Bu gün də bu, belədir”-deyən Prezident İlham Əliyev dövlətlərarası münasibətlərin də yüksək səviyyədə olduğunu, Gürcüstan və Azərbaycanın birgə bir çox önəmli layihələri icra etdiklərini və bu layihələrin həm ölkələrimiz üçün, xalqlarımız üçün, həm də daha geniş coğrafiya üçün böyük önəm daşıdığını bildirib.

Dövlət başçısı Azərbaycanın və Gürcüstanın birgə həyata keçirdiyi neft-qaz layihələrinin, neft-qaz kəmərlərinin, nəqliyyat, kommunikasiya layihələrinin, sözün əsl mənasında, böyük əhəmiyyət daşıyan layihələr olduğunu vurğulayıb. Ölkə başçısı bu layihələrin nəinki Cənubi Qafqazın, Avrasiya regionunun nəqliyyat və enerji xəritəsini yenidən tərtib edən layihələr olduğunu bildirib. Əlavə edib ki, Avropanın enerji təhlükəsizliyi Azərbaycansız, Gürcüstansız təsəvvür etmək mümkün deyil.

Prezident İlham Əliyev hazırda Gürcüstan daxil olmaqla Azərbaycan 12 ölkəyə təbii qaz ixrac etdiyini və bu ixracın Gürcüstan vasitəsilə həyata keçirildiyini diqqətə çatdırıb. Nəqliyyat-kommunikasiya sahəsində əldə olunmuş nailiyyətlərin, yeni inşa edilmiş dəmir yollarının, limanların həm Azərbaycanda, həm də Gürcüstanda böyük sinergiya yaratdığını və Orta Dəhlizin ayrılmaz hissəsinə çevrildiyini vurğulayıb. Prezident İlham Əliyev əlavə edib ki, Cənubi Qafqazda Orta Dəhliz layihəsiAzərbaycandan və Gürcüstandan keçən dəhlizdir.

Dövlət başçısı həm Gürcüstan, həm Azərbaycanın Cənubi Qafqazda sülhün, əmin-amanlığın bərqərar edilməsinə öz töhfəsini verdiyini bildirib. Uzun illər ərzində Cənubi Qafqaz münaqişə, müharibə arenasına çevrildiyini, bundan sonra bu bölgənin qara səhifələrinin bağlanıb tarixdə qalacağına ümidvar olduğunu söyləyib.

Sahib Şükürov

YAP Göyçay rayon təşkilatının sədri

Digər xəbərlər