"Azərbaycan xarici siyasət doktirinasında balanslaşdırıcı siyasətə üstünlük verir. Həm şərqlə, həm qərblə, həm şimalla, həm də cənubla iqtisadi-siyasi maraqlarını beynəlxalq hüquq prinsiplərini meyar götürərək, maraqları qarşılıqlı uzlaşdırmaqdadır. Azərbaycan Avropanın enerji təhlükəsizliyini təmin edir. 10-a yaxın dövlətlə müqavilələri vardır və bu sahədə də siyasət davam etməkdədir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Azad Məsiyev deyib.Onun sözlərinə görə, ümumilikdə Avropa dünya siyasətində güc mərkəzindədir: "Avropanın təşkilatları dünya siyasətinə təsir etmək gücünə malikdir. Ona görə də, Azərbaycan Avropanın ayrı-ayrı dövlətləri ilə ikitərəfli, həm iqtisadi. həm də siyasi münasibətlərini gücləndirir. Xüsusilə də xarici siyasət istiqamətində bunu genişləndirməkdədir.Sloveniyanın Xarici İşlər Nazirliyinin Azərbaycana gəlməsi və iki dövlət arasında siyasi-iqtisadi münasibətləri genişlənmdirmək mənasını yaradır. Hesab edirəm ki, Avropanın ayrı-ayrı dövlətləri ilə münasibətlərin genişləndirilməsi, Azərbaycan xarici siyasətininana xəttidir. Hesab edirəm ki, Azərbaycanın beynəlxalq aləmdə dostlarını genişləndirməsi vacib məsələdir. Bu səfər iki dövlət arasında münasibətlər həm siyasi cəhətdən, həm də iqtisadi sahədə genişləndirilməsinə gətirib çıxara bilər. Eyni zamanda Azərbaycanın beynəlxalq aləmdə mövqeyini və dəstəyini artıra bilər".
Müəllif: Xeyrənsə Piriyeva