Gürcüstanın Prezidenti Mixail Kavelaşvilinin ölkəmizə rəsmi səfəri ikitərəfli münasibətlərə yeni təkan verdi. Bu səfər zamanı iki ölkə arasında bir çox sahədə əlaqələrin daha da şaxələnməsinin vacibliyi vurğulandı və qarşılıqlı maraq doğuran məsələlər ətrafında danışıqlar aparıldı. Regionda yaranmış yeni reallıqlar və dünyada gedən mürəkkəb proseslər iki ölkəni bir-birinə yaxınlaşdıran yeni şərtlər formalaşdırır.
Prezident mətbuata verdiyi bəyanatda bildirdi ki, Ölkələrimizi mehriban qonşuluq və tarixi dostluq əlaqələri, siyasi, iqtisadi, humanitar və digər sahələrdə strateji tərəfdaşlıq əlaqələri birləşdirir, ticarət, nəqliyyat, enerji, istehsal və logistika sahələrində fəal əməkdaşlıq edirik. Bundan başqa, Azərbaycan və Gürcüstan arasında birgə meqalayihələr regionun və Avropanın enerji təhlükəsizliyinə böyük töhfə verir. İki ölkə arasında Cənub Qaz Dəhlizi və Trans−Adriatik Qaz Kəməri layihələri çərçivəsində əməkdaşlığı yüksək qiymətləndirən Prezidentimizin bu istiqamətdə apardığı syasətə yekdilliklə sas veririk.
Biz bütün qonşularla çox səmərəli, dostluq və mehriban qonşuluq əsasında münasibətlər qurmaq istəyirik və buna hazırıq. Azərbaycan kifayət qədər mürəkkəb və strateji əhəmiyyətli regionda yerləşdiyinə görə xarici siyasət kursunu müəyyənləşdirərkən, bir tərəfdən, öz milli maraqlarını qorumaq, bölgənin aparıcı dövləti statusunu möhkəmlətmək, digər tərəfdən, bölgədə maraqları olan bütün dövlətlərlə, eləcə də qonşu dövlətlərlə bərabərhüquqlu tərəfdaşlıq münasibətlərini saxlamaq və genişləndirmək kriteriyalarından çıxış edir.
Prezident İlham Əliyev öz bəyanatında deyib ki, ölkələrimizi mehriban qonşuluq və tarixi dostluq əlaqələri, siyasi, iqtisadi, humanitar və digər sahələrdə strateji tərəfdaşlıq əlaqələri birləşdirir, ticarət, nəqliyyat, enerji, istehsal və logistika sahələrində fəal əməkdaşlıq edirik. Bundan başqa, Azərbaycan və Gürcüstan arasında birgə meqalayihələr regionun və Avropanın enerji təhlükəsizliyinə böyük töhfə verir. İki ölkə arasında Cənub Qaz Dəhlizi və Trans−Adriatik Qaz Kəməri layihələri çərçivəsində əməkdaşlığı yüksək qiymətləndirən Azərbaycan Gürcüstanla əlaqələrin inkişafını diqqət mərkəzində saxlayır.
Dövlət başçımız öz bəyanatında deyib ki Azərbaycan Gürcüstanla əlaqələrin inkişafını diqqət mərkəzində saxlayır. Xüsusilə vurğulanmalıdır ki, Azərbaycan-Gürcüstan münasibətləri Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş möhkəm təməl üzərində inkişaf edir. Ulu Öndərimizin və Prezident Eduard Şevardnadzenin dostluq münasibətləri bu əlaqələri inkişaf etdirməyə əhəmiyyətli təkan verib.
Birmənalı olaraq söyləmək olar ki, prezidentlərin mətbuata bəyanatlarında deyildiyi kimi zamanın sınağından çıxmış yüksəksəviyyəli strateji və mehriban qonşuluq münasibətləri daha da möhkəmlənəcək, Gürcüstanın və Azərbaycanın milli maraqlarının həyata keçirilməsində yeni müstəviyə keçəcək.
Neva Abdurahmanova
YAP Qusar rayon təşkilatının sədr müavini