PDF Oxu

Siyasət

  • 406

“Konstitusiya və Suverenlik İli” - FOTOLAR

image

“Konstitusiya və Suverenlik İli” çərçivəsində Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatı tərəfindən rayonun Ərdəşəvi kənd uşaq musiqi məktəbində tədbir keçirilmişdir.
Tədbirdə çıxış edən YAP Laçın rayon təşkilatının sədri İlqar İlyasov qeyd edib ki, 2025-ci ildə Azərbaycan Konstitusiyasının qəbul edilməsinin 30 illiyi və Vətən müharibəsində qazanılmış tarixi Qələbənin 5-ci ildönümünün qeyd ediləcəyini nəzərə alaraq, Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi mühüm siyasi və tarixi əhəmiyyətə malikdir.
İ. İlyasov vurğulayıb ki, Yeni Azərbaycan Partiyasının sədri, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı şanlı Zəfərə nail olmuş, ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam şəkildə bərpa edilmişdir. Bu gün Azərbaycan Konstitusiyasının hüquqi qüvvəsi işğaldan azad olunmuş bütün ərazilərdə təmin olunur, üçrəngli Dövlət Bayrağımız əzəli torpaqlarımızda qürurla dalğalanır. Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa və quruculuq işləri aparılır, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı təmin edilir.
Tədbirdə çıxış edən digər natiqlər də qeyd ediblər ki, ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası müasir Azərbaycan tarixinin ən mühüm nailiyyətlərindən biridir. 2020-ci il sentyabrın 27-də Ermənistanın növbəti hərbi təxribatına cavab olaraq başlanan Vətən müharibəsində əldə olunmuş Qələbə və 2023-cü il sentyabrın 19–20-də həyata keçirilmiş lokal antiterror tədbirləri nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam şəkildə təmin olunub.
Tədbirin sonunda Yeni Azərbaycan Partiyasına yeni qəbul olunmuş üzvlərə partiya vəsiqələri təqdim edilmiş, xatirə şəkilləri çəkilmişdir.

Digər xəbərlər