PDF Oxu

Siyasət

  • 1 221

Müstəqil və suveren Azərbaycan gəncliyi

image

Aprelin 23-də YAP Ağdam rayon təşkilatının təşəbbüsü ilə Ağdam Dövlət Sosial-İqtisadi Kolleci ərazi partiya təşkilatında “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Müstəqil və suveren Azərbaycan gəncliyi” mövzusunda tədbir keçirilib. Tədbirdə Yeni Azərbaycan Partiyası Ağdam rayon təşkilatının sədri Mansur Quliyev, YAP fəalları və rayon ziyalıları iştirak etmişlər.

Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlamış, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, daha sonra iştirakçıların çıxışları ilə davam etmişdir. YAP Ağdam rayon təşkilatının sədri Mansur Quliyev, Ağdam Dövlət Sosial-İqtisadi Kollecinin direktoru Neymət Rüstəmli və digər natiqlər çıxış edərək, 1995-ci il noyabr ayının 12-də ilk milli Konstitusiyamızın qəbulunun müstəqillik tariximizin ən mühüm hadisələrindən biri olmaqla yanaşı, Ulu öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı böyük xidmətlərindən biri kimi tarixə yazılmasından, sonrakı illərdə Kosntitusiyaya edilən əlavə və dəyişikliklərin müasir çağırışları və yenilikləri özündə əks etdirməsindən, 2025-ci ilin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanan 28 dekabr 2024-cü il tarixli sərəncam ilə Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” elan edilməsindən bəhs etmişlər.

Həmçinin rayonun ictimai-siyasi həyatında fəal iştirak etdiklərinə görə bir qrup YAP fəalı YAP Ağdam rayon təşkilatının rəhbərliyi tərəfindən Fəxri Fərmanlarla təltif olunmuşlar.

Eyni zamanda, tədbirin sonunda təşkilati məsələyə baxılıb. Neymət Rüstəmli YAP Ağdam rayon Dövlət Sosial-İqtisadi Kolleci ərazi partiya təşkilatına sədr və Xaləddin Tağıyev sədr müavini seçilib.

Digər xəbərlər