Tarif və ticarət müharibələri bütün ölkələrin qanuni hüquq və maraqlarını pozur, çoxtərəfli ticarət sisteminə zərər vurur. SİA-nın məlumatına görə, bunu Çin Xalq Respublikasının Sədri Si Cinpin Pekində Azərbaycan Prezidenti İlham Əliyevlə danışıqlar zamanı bildirib."Bu, dünyanın iqtisadi nizamı üçün zərbədir", - o qeyd edib.Qeyd edək ki, dünən ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərə Çindən idxala elan etdiyi 145 %-lik rüsumların həddindən artıq yüksək olduğunu bildirib. Tramp onları azaldacağını və Çin ilə ticarət sazişinə nail olacağını vəd edib.