"Çin Xalq Respublikası dünyanın həm iqtisadi cəhətdən, həm hərbi cəhətdən, həm də əhalinin sayına görə ən böyük dövlətlərindən biridir". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Anar İsgəndərov deyib.O bildirib ki, Çin Xalq Respublikası həm də bu gün dünyada inkişaf tempinə görə diqqəti cəlb edən dövlətlərdən birincisidir: "Bu mənada BMT Təhlükəsizlik Şurasının 5 üzvündən biri olan Çin dünya siyasətində, dünya iqtisadiyyatında mühüm rola, siyasi gücə malikdir.
Bu mənada Azərbaycanın dövlət başçısı İlham Əliyev cənablarının Çinə səfəri böyük tarixi əhəmiyyətə malikdir.Hər şeydən əvvəl Azərbaycan 44 günlük Vətən müharibəsindən sonra dünyanın ən böyük dövlətləri ilə çiyin-çiyinə, üz-üzə fəaliyyət göstərə bilir. Uğurlarını nümayiş etdirə bilir. 44 günlük Vətən müharibəsi həm Ali Baş Komandan kimi İlham Əliyevin qətiyyətini, onun əzmkarlığını, Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin siyasətini uğurla davam etdirdiyini göstərir. Digər tərəfdən İlham Əliyev cənablarının dövlətçilik təcrübəsi onu dünyanın hansı dövlətləri ilə olursa-olsun hər cür münasibət qurmağı imkan verir. Bu baxımdan Çinlə Azərbaycan arasında bağlanmış müqavilələr, gələcəyin perspektivləri göstərir ki, hər iki dövlət bir-birinə münasibətdə iqtisadi, siyasi sahədə, bir çox başqa sahələrdə inkişafın, münasibətlərin inkişafının tərəfdarıdır. Hər ikisinin ürəyincədir və bu görüş, səfər, danışıqlar, imzalanmış sənədlər də buna əyani nümunədir"."Vaxtı ilə Azərbaycanın ərazisinin 20 faizi işğal olunarkən Çin Xalq Respublikası rəhbərliyi həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı qələbəni təqdir edib. Azərbaycanın öz torpaqlarını azad edərkən Təhlükəsizlik Şurasının başqa üzvləri kimi münasibəti mənfi olmadı, əksinə, Azərbaycanın tarixi torpaqlarının qaytarılması ilə bağlı Azərbaycanın səylərini müdafiə etdi. Mən əminəm ki, bundan sonra da vaxtilə İpək yolunun bünövrəsi Çindən qoyulduğu kimi bu gün də Çindən başlanan ticarət yolu Zəngəzur koridoruna qədər uzanacaq və bu, həm Çin Xalq Respublikasına, həm də Azərbaycana böyük uğur gətirəcək" - deyə o, əlavə edib.
Müəllif: Söylü Ağazadə