PDF Oxu

Siyasət

  • 356

Samuxda Ulu öndər Heydər Əliyevin anadan olmasının 102 illiyi münasibətilə inşa yazı müsabiqəsi keçirilib - ŞƏRH

image

24 aprel 2025-ci il tarixdə “Konstitusiya və Suverenlik ili”çərçivəsində YAP Samux rayon təşkilatı və Gəncə Daşkəsən Regional Təhsil idarəsi Samux rayonu üzrə Təhsil Sektorunun birgə təşkilatçılığı ilə Samux rayon məktəbliləri arasında Ulu öndər Heydər Əliyevin anadan olmasının 102 illiyi münasibətilə “Heydər Əliyev müstəqil Azərbaycanın memarıdır” mövzusunda inşa yazı müsabiqəsi keçirilib.

Tədbirdə YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov, Samux Rayon İcra Hakimiyyəti Başçısının müavini -ictimai, siyasi və humanitar məsələlər şöbəsinin müdiri Kəmalə Xəlilova, Gəncə Daşkəsən Regional Təhsil idarəsi Samux rayonu üzrə Təhsil Sektorunun müdiri Nurlana Həsənova, məktəblərin müəllimləri və şagirdlər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin irsinin təbliği və qorunması istiqamətində həyata keçirilən tədbirlər, xüsusi olaraq, məktəblilər arasında bilik yarışı, inşa yazı müsabiqəsi kimi tədbirlərin təşkil olunması Ulu Öndər Heydər Əliyevin xatirəsinin yad edilməsi, gənclərin vətənpərvərlik və vətəndaşlıq tərbiyəsinin inkişaf etdirilməsi, onların bilik və bacarıqlarının qiymətləndirilməsi ilə istedadların üzə çıxarılması məqsədi daşıyır.

Tədbirdə iştirak edən Samux Rayon İcra Hakimiyyəti Başçısının müavini -ictimai, siyasi və humanitar məsələlər şöbəsinin müdiri Kəmalə Xəlilova və Gəncə Daşkəsən Regional Təhsil idarəsi Samux rayonu üzrə Təhsil Sektorunun müdiri Nurlana Həsənova çıxış edərək Heydər Əliyevin Azərbaycanın müstəqilliyi uğrunda apardığı yorulmaz fəaliyyətindən, Ulu Öndərin layiqli davamçısı ölkə Prezidenti İlham Əliyevin Azərbaycan gəncliyinə və təhsilin inkişafına göstərdiyi diqqət və qayğıdan, apardığı uğurlu daxili və xarici siyasətdən danışıblar.

Müsabiqə iştirakçıları Ulu Öndərin siyasi kursu, Azərbaycan dövlətinin və xalqının həyatında xilaskarlıq missiyası haqqında maarifləndiriliblər. Eyni zamanda qeyd olunub ki, bu gün hər bir Azərbaycan gənci ümummilli lider Heydər Əliyevin ideyalarını öz fəaliyyətində daim rəhbər tutmalı, Azərbaycan gəncliyinin lideri olan möhtərəm prezidentimiz İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın müstəqilliyinin əbədi yaşaması üçün yumruğunu bir hədəfə vurmalıdır.

Qeyd edək ki, İnşa yazı müsabiqəsində 20 məktəbdən seçilən 44 nəfər şagird öz zehni qüvvələrini sınayıblar. İnşa yazı müsabiqəsinin yekununda qalib gələn şagirdlərə Fəxri Fərman və qiymətli hədiyyələrin Ulu Öndərin anadan olmasının 102-ci ildönümünə həsr edilmiş ümumrayon tədbirində təqdim edilməsi nəzərdə tutulmuşdur. Daha sonra müsabiqə iştirakçılarına uğurlar arzulanıb.

Digər xəbərlər