PDF Oxu

Siyasət

  • 446

Yasamal rayonunda silsilə idman yarışları davam edir - FOTOLAR

image

Yasamal rayonunda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş silsilə idman yarışları davam edir.

25.04.2024-cü il tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetin nəzdində fəaliyyət göstərən Azərbaycan Dövlət Pedaqoji Kollecində “stolüstü tennis” idman növü üzrə yarış baş tutub.

Yarışda YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Yasamal Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Hüseyn Əfəndiyev, Bakı şəhər Gənclər və İdman idarəsinin Yasamal rayonu üzrə gənclər və idman sektorunun müdiri İlham Səfərov, Azərbaycan Dövlət Pedaqoji Kollecin direkotu İsrayıl İsgəndərov, kollecin idman klubunun rəhbərliyi və yarış iştirakçıları iştirak edib.

İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Sonra ulu öndər Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Azərbaycan Dövlət Pedaqoji Kollecin direkotu İsrayıl İsgəndərov, Yasamal Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Hüseyn Əfəndiyev, YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev və Bakı şəhər Gənclər və İdman idarəsinin Yasamal rayonu üzrə gənclər və idman sektorunun müdiri İlham Səfərov çıxışlarında ölkəmizin idman sahəsində əldə etiyi uğurlardan və gələcək perspektivlərdən bəhs ediblər. Qeyd olunub ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən idman sahəsinin inkişafı dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Azərbaycanda idmanla, Olimpiya hərəkatı ilə bağlı məqsədyönlü siyasət aparılır. Məhz bu siyasət nəticəsində biz bu gün bu uğurlar haqqında danışa bilərik. Düşünülmüş siyasət, məqsədyönlü işlər idmanı Azərbaycanda, cəmiyyətdə önəmli bir ictimai amilə çevirmişdir. Ölkəmizdə idmanın inkişafı istiqamətində həyata keçirilən işlər Azərbaycan idmanının dünyadakı nüfuzunu xeyli artırıb. Bu inkişaf və nüfuz idmançılarımızın beynəlxalq yarışlarda əldə etdiyi medalların və ölkəmizdə keçirilən beynəlxalq turnirlərin sayında əksini tapıb. Ölkədə idmana göstərilən diqqət və qayğı nəticəsində son illər Azərbaycan idmançıları beynəlxalq yarışlarda böyük uğurlar əldə edir. Çıxışların sonunda yarış iştirakçılarına uğurlar arzu edilib.

Yarışın sonunda qalib komandanların üzvləri müvafiq olaraq diplom və medallarla mükafatlandırılıb.

Sonda xatirə şəkilləri çəkdirilib.

Digər xəbərlər