PDF Oxu

Siyasət

  • 1 026

Ağstafada mini-futbol üzrə rayon birinciliyinə start verilib

image

Yeni Azərbaycan Partiyası (YAP) Ağstafa rayon təşkilatı, Ağstafa Rayon İcra Hakimiyyəti, Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsi və “Ağstafa Gənclər Evi” Sosial Xidmət Müəssisəsinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə mini-futbol üzrə Ağstafa rayon birinciliyinə start verilib.

Aprelin 23-də başlayan çempionatın açılış mərasimində YAP Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev, Ağstafa Rayon İcra Hakimiyyətinin məsul işçiləri, Ağstafa rayon Gənclər və İdman İdarəsinin əməkdaşları, “Ağstafa Gənclər Evi” Sosial Xidmət Müəssisəsinin nümayəndələri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib.
Açılış mərasimində YAP Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev, Ağstafa rayon İcra Hakimiyyəti başçısının birinci müavini Müşviq Hüseynov və Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin rəisi Əziz Məsmalıyev çıxış edərək Ulu Öndərin idmana göstərdiyi diqqət və qayğıdan danışıblar. Qeyd olunub ki, Prezident İlham Əliyev tərəfindən bu siyasət uğurla davam etdirilir, minlərlə yeniyetmə və gəncin sağlam ruhda tərbiyə edilməsi üçün bütün zəruri şərait yaradılır. Respublikada idman bölmələrinə axın edən gənclərin sayı günü-gündən artmaqdadır.
Turnirin ilk oyunu Köçəsgər və Muğanlı komandaları arasında keçirilib.
Qeyd edək ki, çempionatın yekun final oyunu 10 may 2025-ci ildə Ağstafa şəhər stadionunda keçiriləcək. Yarışın sonunda qaliblərə kubok və fəxri fərmanlar təqdim ediləcək.

Digər xəbərlər