PDF Oxu

Siyasət

  • 1 171

Qazaxda “Konstitusiya və Suverenlik İli” çərçivəsində tədbir keçirilib

image

Yeni Azərbaycan Partiyası (YAP) Qazax rayon təşkilatı, Qazax Rayon İcra Hakimiyyəti və Milli Məclisin Beynəlxalq Münasibətlər və Parlamentlərarası Əlaqələr Komitəsinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda tədbir keçirilib.

Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin büstünü ziyarət edib.
Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib.
YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev açılış nitqində Prezident İlham Əliyevin 28 dekabr 2024-cü il tarixli Sərəncamı ilə 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunduğunu və bu təşəbbüsün mahiyyətini vurğulayıb. O, müstəqilliyimizin qorunması və ölkə ərazisinin bütövlüyü uğrunda qazanılan uğurlardan danışıb.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxışında müstəqil Azərbaycanın Konstitusiyasının qəbulunun 30 illiyini və Vətən müharibəsində qazanılan Zəfərin 5 illiyini qeyd edəcəyimizi bildirib, dövlət başçısının imzaladığı Sərəncamın tarixi əhəmiyyətini vurğulayıb.
YAP Təftiş Komissiyasının üzvü, Milli Məclisin Beynəlxalq Münasibətlər və Parlamentlərarası Əlaqələr Komitəsinin sədri Səməd Seyidov beynəlxalq aləmdə baş verən ictimai-siyasi proseslərdən, ölkəmizin beynəlxalq arenada qazandığı uğurlardan və Ümummilli Liderin siyasi kursunun bu gün də uğurla davam etdirilməsindən bəhs edib.
Tədbirdə şəhid atası Elxan Abdullayev, Qazax Dövlət Sosial-İqtisadi Kollecin tələbəsi Sücayət Mahmudova və partiya veteranı, şair Cavanşir Rüstəm çıxış ediblər. Qazax şəhər 2 saylı tam orta məktəbin şagirdləri Ulu Öndərə həsr olunmuş şeirlər söyləyiblər.
Yekunda rayonun ictimai-siyasi həyatında fərqlənən partiya üzvləri fəxri fərmanlarla təltif olunub. YAP sıralarına yeni qəbul olunmuş üzvlərə isə partiya vəsiqələri təqdim edilib.

Digər xəbərlər