PDF Oxu

Siyasət

  • 1 064

Neftçalada akademik Zərifə Əliyevanın anadan olmasının 102 illiyinə həsr edilmiş tədbir keçirilib

image

Neftçala Rayon Mərkəzi Xəstəxanasının akt zalında görkəmli oftalmoloq-alim, akademik Zərifə Əziz qızı Əliyevanın anadan olmasının 102-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə YAP Neftçala rayon təşkilatının sədri Ülvi Fərzəliyev, təşkilatın əməkdaşları, Rayon Mərkəzi Xəstəxanasının direktoru Elman Quliyev və xəstəxana kollektivi iştirak ediblər.Əvvəlcə tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin, akademik Zərifə xanım Əliyevanın və ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi ehtiramla yad olunub.
YAP Neftçala rayon təşkilatının əməkdaşı Fərhad Baxışov çıxış edərək Zərifə xanım Əliyevanın çoxcəhətli fəaliyyəti, tibb elminə verdiyi dəyərli töhfələrdən bəhs edib.
Neftçala Rayon Mərkəzi Xəstəxanasının direktoru Elman Quliyev və həkim-oftalmoloq Süsən Əliyeva çıxışlarında akademik Zərifə Əliyevanın elmi irsinin praktiki tibbdə geniş tətbiq olunan müalicə metodlarına verdiyi töhfələri vurğulayıblar.
YAP Neftçala rayon təşkilatının sədri Ülvi Fərzəliyev Zərifə xanım Əliyevanın görkəmli alimin keçdiyi şərəfli ömür yolunun hər bir Azərbaycan vətəndaşı, hər bir alim və həkim üçün həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbi olduğunu diqqətə çatdırıb. Qeyd olunub ki, Zərifə xanım traxoma xəstəliyinin qarşısının alınması sahəsində ilk uğurlu tədqiqatları aparıb və sənaye oftalmologiyası üzrə laboratoriyalar yaradaraq peşə xəstəliklərinin profilaktikasını təmin edib. Görkəmli alim oftalmologiya aləmində akademik Averbax adına mükafata layiq görülən ilk qadın kimi də tarixə düşüb.
Tədbirin sonunda YAP sıralarına yeni qəbul edilmiş üzvlərə partiya vəsiqələri təqdim olunub.

Digər xəbərlər