PDF Oxu

Siyasət

  • 1 017

“Müdrikliyin dühası"

image

Yeni Azərbaycan Partiyası (YAP) Sabirabad rayon təşkilatı tərəfindən Sabirabad şəhər 6 saylı tam orta məktəbdə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar olaraq “Müdrikliyin dühası - dahi şəxsiyyət, fenomen Heydər Əliyev” mövzusunda tədbir keçirilib.

Tədbirdə Ulu Öndər Heydər Əliyevin, eləcə də ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Sonra Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunan videoçarx nümayiş olunub.
Tədbirdə çıxış edən YAP Sabirabad rayon təşkilatının sədri Varis Rüstəmov bildirib ki, müasir müstəqil Azərbaycan Ümummilli Lider Heydər Əliyevin görmək istədiyi kimi güclü, qüdrətlidir, istənilən vəzifəni reallaşdırmaq iqtidarındadır. Heydər Əliyev siyasətinin Onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Azərbaycanın Cənubi Qafqaz regionunda lider dövlətə çevrilməsini təmin etmişdir.
Sabirabad şəhər 6 saylı tam orta məktəbin direktoru Günel Əhmədova, məktəbin müəllimləri Rəqibə Paşayeva, Afiq Quliyev bildiriblər ki, Heydər Əliyevin fəaliyyətinin 1993-2003-cü illəri bir ömrün qızıl salnaməsidir. Ulu Öndər həmin dövrdə Azərbaycanı yalnız parçalanmaqdan, dövlət çevrilişlərindən, özbaşınalıqlardan xilas etmədi, həm də xalqımıza yeni, firavan, ildən-ilə gözəlləşən bir həyat, müstəqilliyi daha da möhkəmləndirilmiş Azərbaycanı bəxş etdi. Sevindirici haldır ki, Ulu Öndərimizin ölməz ideyaları bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və ötən müddət ərzində dövlətimizin başçısının yorulmaz fəaliyyəti nəticəsində Azərbaycan dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə çevrilib.
Sonda bir qrup partiya fəalına təşəkkürnamə, partiya sıralarına yeni qoşulanlara üzvlük vəsiqələri təqdim olunub.

Digər xəbərlər