Salyan rayonunda Akademik Zərifə xanım Əliyevanın anadan olmasının 102 illiyinə həsr edilən tədbir keçirilib.Tədbirdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin, oftalmoloq-alim Zərifə xanım Əliyevanın və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Sonra Akademik Zərifə xanım Əliyevanın həyat və fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş olunub.
Tədbirdə Salyan Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov, YAP Təftiş Komissiyasının üzvü, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov, Salyan Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin direktoru Şirinxanım Səmədova, xəstəxananın Poliklinika şöbəsinin oftalmoloq-həkimləri Bəylər Məmmədov və Gülnarə İsmayılova çıxış edərək görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın Azərbaycan tibb elminin inkişafında müstəsna xidmətlərindən bəhs ediblər.
Natiqlər Zərifə xanımın oftalmologiya sahəsində apardığı fundamental tədqiqatların, xüsusilə göz xəstəliklərinin profilaktikası və müalicəsi sahəsində əldə etdiyi mühüm nailiyyətlərin bu gün də aktual olduğunu vurğulayıblar. Çıxışlarda Zərifə xanım Əliyevanın yüksək peşəkarlığı, elmi yeniliklərə verdiyi töhfələr, habelə insana və onun sağlamlığına göstərdiyi diqqət və qayğı xüsusi qeyd olunub.
Tədbirdə xəstəxananın oftalmoloq-həkimlər Bəylər Məmmədov, Böyükxanım İsmayılova və Gülnarə İsmayılova uzunmüddətli səmərəli fəaliyyətinə, rayon səhiyyəsinin inkişafındakı xidmətlərinə görə fəxri fərman ilə təltif olunublar.
Səfər zamanı əldə edilmiş razılaşmalar İran-Azərbaycan dostluğunu, qardaşlığını bir daha təsdiqləyir
Azərbaycan Prezidenti İlham Əliyev və İran Prezidenti Məsud Pezeşkian tədbirdə iştirak ediblər