PDF Oxu

Siyasət

  • 1 134

“Bir ömrün imzası”

image

Yeni Azərbaycan Partiyası (YAP) Laçın rayon təşkilatının, Laçın Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə görkəmli oftalmoloq, ictimai xadim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 102-ci ildönümü münasibətilə “Bir ömrün imzası” adlı tədbir keçirilib.

Tədbirdə Ümummilli Lider Heydər Əliyevin, akademik Zərifə Əliyevanın və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
YAP Laçın rayon təşkilatının sədri İlqar İlyasov, Laçın Rayon İcra Hakimiyyəti başçısının İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini Məhəmməd Şahbazov, partiya veteranı Tahir Bayramov çıxışında müstəsna xidmətləri ilə əbədiləşən akademik Zərifə Əliyevanın mənalı və şərəfli həyat yolu, zəngin və çoxşaxəli irsi barədə geniş məlumat veriblər. Natiqlər bildiriblər ki, Azərbaycanda traxoma xəstəliyinin qarşısının alınması və müalicə üsullarının müəyyənləşdirilməsi akademik Zərifə Əliyevanın adı ilə bağlıdır.
Bu məqsədlə akademik Zərifə Əliyevanın təşəbbüsü əsasında həkim briqadaları təşkil edilmiş, Bakıda və rayonlarda traxoma xəstəliyinə qarşı mübarizə aparılmışdır. Vurğulanıb ki, Zərifə xanım Əliyeva istehsal müəssisələrində və sənayedə yaranmış göz xəstəliklərinə qarşı da ciddi mübarizə aparmış, bir sıra müəssisələrdə onun tərəfindən laboratoriyalar yaradılaraq peşə xəstəlikləri yerindəcə müayinə və müalicə olunmuşdur. Akademik Zərifə Əliyeva bu istiqamətdə praktik və elmi fəaliyyəti ilə sənaye oftalmologiyasının əsasını qoymuşdur.
Tədbirin sonunda partiya sıralarına yeni qoşulanlara üzvlük vəsiqələri təqdim edilib.

Digər xəbərlər