PDF Oxu

Siyasət

  • 1 188

Göygöldə akademik Zərifə Əliyevanın əziz xatirəsinə həsr edilmiş elmi-praktik konfrans keçirilib

image

Yeni Azərbaycan Partiyası (YAP) Göygöl rayon təşkilatı tərəfindən Əməkdar elm xadimi, oftalmoloq-alim, akademik Zərifə Əliyevanın əziz xatirəsinə həsr edilmiş elmi-praktik konfrans keçirilib.

Əvvəlcə tədbirdə Ulu Öndər Heydər Əliyevin, akademik Zərifə Əliyevanın və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib.
Tədbiri giriş sözü ilə açan YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev Zərifə xanım Əliyevanın həyat fəaliyyəti, onun tibb elminə verdiyi töhfələrdən bəhs edib. O bildirib ki, dünya miqyasında iridodiaqnostikaya dair ilk kitabın müəllifi məhz akademik Zərifə Əliyeva olub. Vurğulanıb ki, görkəmli alim hər zaman zərif, həssas qadın, mehriban ömür-gün yoldaşı, qayğıkeş ana kimi qürurla anılır.
Təşkilat sədri, həmçinin Prezident, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasətdən ətraflı danışıb.
Göygöl Rayon Mərkəzi Xəstəxanası üzrə ərazi partiya təşkilatının sədri Vasif Əliyev çıxış edərək ömrü boyu xalqın sağlamlıq qayğıları ilə yaşayan Zərifə xanım Əliyevanın həyat yolundan, yüksək insani keyfiyyətlərindən və elmə bəxş etdiyi yeniliklərdən bəhs edib.
Həkim-oftalmoloq Azər Məmmədov, akademik Zərifə Əliyevanın tibb və xüsusilə oftalmologiya sahəsindəki elmi töhfələrindən və yaratdığı dəyərlərdən gələcəkdə də insanların sağlamlığının qorunmasında istifadə olunacağına diqqət çəkib.
Tədbirin sonunda uzun müddət səhiyyə sahəsində çalışmış partiya veteranı İsgəndər Həmid oğlu Quliyevə anadan olmasının 90 illiyi münasibətilə Fəxri fərman və qiymətli hədiyyə verilib. Həmçinin, YAP sıralarına yeni qəbul olunmuş üzvlərə partiya vəsiqələri təqdim olunub.

Digər xəbərlər