PDF Oxu

Siyasət

  • 909

Oğuzda akademik Zərifə xanım Əliyevanın anadan olmasının 102-ci ildönümü qeyd edilib

image

Aprelin 28-də Oğuz rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Oğuz rayon təşkilatının və Oğuz rayon Mərkəzi Xəstəxanası PHŞ-nin birgə təşkilatçılığı ilə görkəmli oftalmoloq-alim, ictimai-siyasi xadim, akademik Zərifə Əliyevanın anadan olmasının 102-ci ildönümü münasibətilə tədbir keçirilib.

Oğuz rayon Mərkəzi Xəstəxanası PHŞ-nin akt zalında keçirilən tədbirdə Yeni Azərbaycan Partiyası Oğuz rayon təşkilatının, Oğuz rayon İcra Hakimiyyətinin və Oğuz Rayon Mərkəzi Xəstəxanası PHŞ-nin rəhbər şəxsləri, ziyalılar, səhiyyə işçiləri və YAP fəalları iştirak ediblər.

Əvvəlcə tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin, akademik Zərifə xanım Əliyevanın və ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi ehtiramla yad olunub.

Daha sonra oftalmoloq-alim Zərifə Əliyevanın həyat və fəaliyyətinə həsr olunan vidyoçarx nümayiş etdirilib.

Tədbiri giriş sözü ilə açan Oğuz rayon Mərkəzi Xəstəxanası PHŞ-nin direktoru Anar Əzizov qonaqları salamlayaraq tədbirin məqsədini açıqlayıb.

Sonra Oğuz Rayon Mərkəzi Xəstəxanası PHŞ-nin həkim-oftamoloqu Səriyyə Şərifova akademik Zərifə Əliyevanın həyat və fəaliyyəti haqqında məruzə ilə çıxış edib.

Tədbirdə YAP Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov , Oğuz rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Ayaz Ağayev, Oğuz rayon Mərkəzi Xəstəxanası PHŞ-nin ümumi şöbənin müdiri Lalə Salamova çıxış edərək, görkəmli oftalmoloq-alim Zərifə Əliyevanın zəngin elmi irsindən və fəaliyyətinin müxtəlif dövrlərindən bəhs ediblər.

Çıxış edənlər bildiriblər ki, Zərifə xanım Əliyevanın çoxcəhətli tibbi fəaliyyəti və elmi irsi təkcə öz dövrü üçün deyil, bu gün üçün də mühüm əhəmiyyət kəsb edir.

Vurğulanıb ki, insanların gözlərinə nur bəxş etmiş akademik Zərifə Əliyeva elmi fəaliyyəti, həyat yoldaşı və analıq missiyası ilə hər bir Azərbaycan qadınına nümunədi. Çıxış edənlər Zərifə xanım Əliyevanın çoxcəhətli fəaliyyəti, tibb elminə verdiyi dəyərli töhfələrdən bəhs ediblər və bildirilib ki, 29-30 aprel 2025-ci il tarixlərində Oğuz rayonunda Akademik Zərifə Əliyevanın anadan olmasının 102 illiyinə həsr edilmiş ödənişsiz "Göz müayinəsi" aksiyası keçiriləcək.

Digər xəbərlər