PDF Oxu

Siyasət

  • 734

“Azərbaycan beynəlxalq QHT dialoquna töhfə verir” AÇIQLAMA

image

“Bakı Konqres Mərkəzində “Həmrəy fəaliyyət: yeni və ədalətli dünya üçün Qlobal Cənub QHT-lərinin gücləndirilməsi” adlı beynəlxalq konfrans öz işini davam etdirib. Tədbirdə dünyanın müxtəlif regionlarını təmsil edən 116 ölkədən 200-ə yaxın qeyri-hökumət təşkilatının nümayəndələri iştirak edirlər”. Bu fikirləri qəzetimizə açıqlamasında "Sosial-İqtisadi və Ekoloji İnkişaf" İctimai Birliyin sədri Rahilə Mehdiyeva deyib. Onun sözlərinə görə, konfransda Qlobal Cənub ölkələrinin QHT-ləri arasında əməkdaşlığın genişləndirilməsi və birgə fəaliyyət imkanlarının artırılması müzakirə olunur: “Məqsəd yeni və ədalətli dünya nizamının qurulmasında QHT-lərin rolunu gücləndirməkdir. Tədbir iştirakçıları ədalət, inklüzivlik və davamlı inkişaf məsələləri ətrafında fikir mübadiləsi aparırlar. Konfrans çərçivəsində panel müzakirələri zamanı xüsusən Cənubi Afrika ölkələrindən gələn nümayəndələr maraqlı çıxışlar edərək ölkəmizdə keçirilən bu tədbir üçün ölkə Prezidentimiz Cənab İlham Əliyevə öz təşəkkürlərini bildirdilər. Azərbaycan bu tədbirə ev sahibliyi etməklə beynəlxalq QHT dialoquna töhfə verir. Qlobal Cənub ölkələrinin QHT-ləri arasında şəbəkələşmənin gücləndirilməsi prioritet istiqamətlərdən biridir. Tədbir qarşılıqlı həmrəylik və qlobal ədalətə doğru atılmış mühüm addım kimi qiymətləndirilir”.

Digər xəbərlər