Yasamal rayonunda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş silsilə idman yarışlarında voleybol (qızlar) idman növü üzrə yarışın final oyunları və mükafatlandırma mərasimi baş tutub.
29.04.2025-ci il tarixində 2 nömrəli Bakı Baza Tibb Kollecinin idman zalında baş tutan final oyunları və mükafatlandırma mərasimi Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatı, Yasamal Rayon İcra Hakimiyyəti, Bakı şəhər Gənclər və İdman idarəsinin Yasamal rayonu üzrə gənclər və idman sektorunun birgə təşkilatçılığı ilə baş tutub.
Final oyunları və mükafatlandırma mərasimində YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Yasamal Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Hüseyn Əfəndiyev, Bakı şəhər Gənclər və İdman idarəsinin Yasamal rayonu üzrə gənclər və idman sektorunun müdiri İlham Səfərov, 2 nömrəli Bakı Baza Tibb Kollecinin direktoru Dilarə Məmmədəliyeva, YAP Yasamal rayonu “A.M.Şərifzadə küç.204” (2 nömrəli Bakı Baza Tibb Kolleci) ünvanı üzrə ərazi partiya təşkilatının sədri Gülər Quluzadə, idman klublarının rəhbərləri və yarış iştirakçıları iştirak edib.
Final oyunlarından sonra mükafatlandırma mərasimi baş tutub. Mərasimdən öncə çıxış edən YAP Yasamal rayonu “A.M.Şərifzadə küç.204” (2 nömrəli Bakı Baza Tibb Kolleci) ünvanı üzrə ərazi partiya təşkilatının sədri Gülər Quluzadə, Yasamal Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Hüseyn Əfəndiyev, YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Bakı şəhər Gənclər və İdman idarəsinin Yasamal rayonu üzrə gənclər və idman sektorunun müdiri İlham Səfərov yarış iştirakçılarını salamlayaraq ölkəmizin idman uğurlarından bəhs edib. Çıxışınını sonunda qalib komandaları təbrik edib.
Sonra mükafatlandırma mərasimi baş tutub və xatirə şəkilləri çəkdirilib.