Yasamal rayonunda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş silsilə idman yarışlarında voleybol (oğlanlar) idman növü üzrə yarışa start verilib.
30.04.2025-ci il tarixində 2 nömrəli Bakı Baza Tibb Kollecinin idman zalında baş tutan açılış oyununda Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatı, Yasamal Rayon İcra Hakimiyyəti, Bakı şəhər Gənclər və İdman idarəsinin Yasamal rayonu üzrə gənclər və idman sektorunun birgə təşkilatçılığı ilə baş tutub.
Yarışda YAP Yasamal rayon təşkilatının məsləhətçisi Fuad Həbibzadə, Bakı şəhər Gənclər və İdman idarəsinin Yasamal rayonu üzrə gənclər və idman sektorunun baş məsləhətçisi Ramil Cəbrayılov, idman klublarının rəhbərləri və yarış iştirakçıları iştirak edib.
Yasamal rayonunda ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş silsilə idman yarışlarının keçirilməsi gənclərdə sağlam həyat tərzinə marağın artırılmasına, idmanın təbliğinə və fiziki hazırlığın yüksəldilməsinə xidmət edir. Yarışlar, həmçinin ulu öndər Heydər Əliyevin gənclərə və idmana göstərdiyi xüsusi diqqətin davamı kimi qiymətləndirilir. Yarışlar gənclər arasında dostluq və rəqabət ruhunu gücləndirir. Belə yarışlar gənclərin asudə vaxtlarının səmərəli təşkilində də mühüm rol oynayır. Belə təşəbbüslər gənclərin ictimai fəallığını artırır.