Yasamal rayonunda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş silsilə idman yarışlarında voleybol (oğlanlar) idman növü üzrə yarışın final oyunları və mükafatlandırma mərasimi baş tutub.
01.05.2025-ci il tarixində 2 nömrəli Bakı Baza Tibb Kollecinin idman zalında baş tutan final oyunları və mükafatlandırma mərasimi Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatı, Yasamal Rayon İcra Hakimiyyəti, Bakı şəhər Gənclər və İdman idarəsinin Yasamal rayonu üzrə gənclər və idman sektorunun birgə təşkilatçılığı ilə baş tutub.
Final oyunları və mükafatlandırma mərasimində YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Yasamal Rayon İcra Hakimiyyəti başçısının müavini Təravət Muradova, Bakı şəhər Gənclər və İdman idarəsinin Yasamal rayonu üzrə gənclər və idman sektorunun müdiri İlham Səfərov, 2 nömrəli Bakı Baza Tibb Kollecinin direktoru Dilarə Məmmədəliyeva, YAP Yasamal rayonu “A.M.Şərifzadə küç.204” (2 nömrəli Bakı Baza Tibb Kolleci) ünvanı üzrə ərazi partiya təşkilatının sədri Gülər Quluzadə, idman klublarının rəhbərləri və yarış iştirakçıları iştirak edib.
Final oyunlarından sonra mükafatlandırma mərasimi baş tutub. Mükafatlandırma mərasimdən öncə çıxış edən 2 nömrəli Bakı Baza Tibb Kollecinin direktoru Dilarə Məmmədəliyeva, Yasamal Rayon İcra Hakimiyyəti başçısının müavini Təravət Muradova, YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Bakı şəhər Gənclər və İdman idarəsinin Yasamal rayonu üzrə gənclər və idman sektorunun müdiri İlham Səfərov yarış iştirakçılarını salamlayaraq ölkəmizin idman uğurlarından bəhs edib. Qeyd olunub ki, Ulu öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə idman yarışlarının keçirilməsi onun gəncliyə və idmana verdiyi böyük dəyərin təcəssümüdür. Bu yarışlar ulu öndərin ideyalarının yaşadılması və gələcək nəsillərə ötürülməsi baxımından mühüm əhəmiyyət daşıyır. İdman yarışları gənclərdə sağlam həyat tərzinə marağı artırır və cəmiyyətin rifahına töhfə verir. Bu yarışlar həm də vətənpərvərlik ruhunun aşılanmasında mühüm vasitəyə çevrilir. Bildirilib ki, bu gün ölkəmizdə həyata keçirilən idman yarışları ulu öndər Heydər Əliyevin gənclərlə bağlı siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurlu davam etdirildiyini bir daha göstərir. İştirakçı gənclər bu yarışlarda həm fiziki, həm də mənəvi baxımdan inkişaf edirlər. Bu cür tədbirlər sosial birliyi möhkəmləndirir və ictimai fəallığı stimullaşdırır. İdman vasitəsilə ölkədə həmrəyliyin, dostluğun və qarşılıqlı hörmətin təbliği həyata keçirilir. Həmçinin, bu yarışlar istedadlı gənclərin üzə çıxmasına və dəstəklənməsinə imkan yaradır. Nəhayət, bu tədbirlər ulu öndərin xatirəsinə ehtiramın idman vasitəsilə ifadəsi kimi böyük mənəvi dəyər daşıyır. Çıxışların sonunda qalib komandalar təbrik edilib.
Sonra mükafatlandırma mərasimi baş tutub və xatirə şəkilləri çəkdirilib.