PDF Oxu

Siyasət

  • 1 063

"Aviasiya haqqında" qanunun icrası ilə əlaqədar qanuna dəyişiklik layihəsi müzakirə olunub

image

Milli Məclis mülki aviasiya sahəsində dövlət rüsumu tutulan xidmət və hüquqi hərəkətlərin siyahısının genişləndirilməsini təsdiq edib. SİA xəbər verir ki, bununla bağlı parlamentin bugünkü plenar iclasında "Aviasiya haqqında" qanunun icrası ilə əlaqədar "Dövlət rüsumu haqqında" qanuna dəyişiklik layihəsi müzakirə olunub.Sənədə əsasən, pilotsuz uçuş aparatları istismarçılarına istismarçı sertifikatının verilməsi üçün 15 manat, aviasiya personalına şəhadətnamələrin, vəsiqələrin və ya sertifikatların verilməsi üçün 15 manat rüsum nəzərdə tutulub.Qanun layihəsində həmçinin qeyd edilib ki, pilotsuz uçuş aparatlarına qeydiyyat sertifikatının verilməsi üçün 10 manat, pilotsuz uçuş aparatları istismarçılarına əməliyyat icazəsinin verilməsi üçün 10 manat, məsafədən idarə edən pilotlara (operatorlara) şəhadətnamələrin verilməsi üçün 10 manat, model pilotsuz uçuş aparatı klubları və ya assosiasiyalarına icazələrin verilməsi üçün 10 manat dövlət rüsumu ödəniləcək.Layihə müzakirələrdən sonra səsverməyə çıxarılaraq bir oxunuşda qəbul edilib.

Digər xəbərlər