Yasamal rayonunda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş silsilə idman yarışları çərçivəsində “basketbol” idman növü üzrə yarış baş tutub.
02.05.2025-ci il tarixində Azərbaycan Texniki Universitetin idman zalında “basketbol” idman növü üzrə yarış baş tutub.
Yarışda, Yasamal Rayon İcra Hakimiyyəti başçısının müavini Təravət Muradova, Bakı şəhər Gənclər və İdman idarəsinin Yasamal rayonu üzrə gənclər və idman sektorunun müdiri İlham Səfərov, YAP Yasamal rayon təşkilatının məsləhətçisi Fuad Həbibzadə, Azərbaycan Texniki Universitetin prorektoru Rəşad Əliyev, idman klublarnın rəhbərliyi və yarış iştirakçıları iştirak edib.
Yasamal Rayon İcra Hakimiyyəti başçısının müavini Təravət Muradova, Bakı şəhər Gənclər və İdman idarəsinin Yasamal rayonu üzrə gənclər və idman sektorunun müdiri İlham Səfərov və Azərbaycan Texniki Universitetin prorektoru Rəşad Əliyev çıxışlarında ölkəmizin idman sahəsində əldə etiyi uğurlardan və gələcək perspektivlərdən bəhs ediblər. Qeyd olunub ki, xalqın təkidli tələbi ilə ölkə rəhbərliyinə gələn ulu öndər Heydər Əliyev bütün sahələrdə olduğu kimi, idmanın da inkişaf strategiyasını müəyyənləşdirdi. Bu istiqamətdə Azərbaycanda kompleks tədbirlər həyata keçirildi və qısa müddətdə böyük nailiyyətlərin əsası qoyuldu. Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən dövlətimizin başçısı cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində ölkəmizdə idmanın kütləviliyi daha da təmin olundu, bədən tərbiyəsi və idmanın inkişafı bütün ölkə ərazisini əhatə etdi, dünyaşöhrətli yeni-yeni idmançılar yetişdi. Fəxarətlə deyə bilərik ki, bu gün Azərbaycan idmanın inkişaf səviyyəsinə görə, dünyanın aparıcı ölkələrindən biri hesab olunur. İdmançılarımız istər yerli, istər regional, istərsə də beynəlxalq yarışlarda böyük nailiyyətlərə imza atır, ölkəmizi ləyaqətlə təmsil edərək üçrəngli bayrağımızı ucaldırlar. Çıxışların sonunda yarış iştirakçılarına uğurlar arzu edilib.
Yarışın sonunda qalib komandanların üzvləri müvafiq olaraq diplom və medallarla mükafatlandırılıb.
Sonda xatirə şəkilləri çəkdirilib.