PDF Oxu

Siyasət

  • 841

“Bakı Metropoliteni” QSC-də Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci il dönümünə həsr edilmiş tədbir keçirilib - FOTOLAR

image

“Bakı Metropoliteni” QSC-də Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci il dönümünə həsr edilmiş tədbir keçirilib

YAP Yasamal rayon təşkilatı və “Hüseyn Cavid-33A” (“Bakı Metropoliteni” QSC) ərazi partiya təşkilatı ilə birgə “Bakı Metropoliteni” QSC-nin Təlim-tədris mərkəzinin binasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci il dönümünə həsr edilmiş tədbir keçirilib.

İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ulu öndər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, suverenliyi uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətini özündə əks etdirən video çarx nümayiş olunub.

Giriş nitqi ilə çıxış edən “Hüseyn Cavid-33A” (“Bakı Metropoliteni” QSC) ərazi partiya təşkilatının sədri, “Bakı Metropoliteni” QSC müəssisənin sədr müavini Hidayət Məmmədov bilirib ki, Ümummilli Lider Heydər Əliyevin irsi Azərbaycanın müasir tarixində mühüm yer tutur. “Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqına dayanıqlı iqtisadiyyat, güclü dövlət quruculuğu və milli birlik prinsipləri üzərində qurulmuş gələcək miras qoyub. Bu irs Prezident İlham Əliyevin rəhbərliyi ilə möhtəşəm nailiyyətlərlə nəticələnib. Xüsusilə əldə olunan tarixi Zəfərlər bu siyasətin uzaqgörənliyinin və davamlılığının parlaq sübutudur”.

Çıxış edən YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev bidirib ki, Ümummilli Lider Heydər Əliyevin mənalı ömür yolu, dövlətçilik idealları və xalqı qarşısında misilsiz xidmətləri tariximizin ən parlaq səhifələrini təşkil edir. Onun zəngin həyat və fəaliyyətinin hər bir məqamı müstəqil Azərbaycanın qurulması, gücləndirilməsi və beynəlxalq aləmdə tanınması üçün strateji bir yol xəritəsidir. Qeyd olunub ki, müstəqil Azərbaycan Heydər Əliyevin əzmkarlıqla qurduğu və gələcək nəsillərə miras qoyduğu şah əsəridir: “Heydər Əliyevin milli maraqlara söykənən dövlətçilik fəlsəfəsi Prezident İlham Əliyevin müasir idarəçilik modelində uğurla öz əksini tapır. Xüsusilə əldə olunan zəfərlər bu siyasətin əzəmətini və tarixi əhəmiyyətini bir daha nümayiş etdirdi”.

YAP Yasamal rayon təşkilatı “Hüseyn Cavid-33A” (“Bakı Metropoliteni” QSC) ərazi partiya təşkilatının sədr müavini, QSC-nin Eskalator xidmətinin mühəndisi, 44 günlük Vətən müharibəsi şəhidi kapitan Nurlan Mustafayevin anası Rahilə Ramazanova qeyd edib ki, Ulu Öndər Heydər Əliyev Azərbaycanın müstəqil dövlət kimi mövcudluğunun qorunması və hərtərəfli inkişafı naminə göstərdiyi misilsiz xidmətləri ilə əbədiyyət qazanıb. Qürur və iftixar hissi ilə qeyd edə bilərik ki, Ümummilli Liderimizin siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla və inamla davam etdirilir, güclü və nüfuzlu Azərbaycan yeni zirvələr fəth edir.

Tədbirdə Yeni Azərbaycan Partiyasına üzv qəbuluna dair məsələyə də baxılmışdır. Üzvlük üçün müraciət etmiş 70 nəfərin ərizəsi müvafiq qaydada nəzərdən keçirilmiş və onların partiya sıralarına qəbul olunması təsdiqlənmişdir.

Sonra fəxri fərmanlar təqdim edilib. Xatirə şəkli çəkdirilib.

Digər xəbərlər