Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Vyetnamın Ho Şi Min şəhərində XX BMT Vesak Günü münasibətilə keçirilən konfransda iştirak edəcək. SİA xəbər verir ki, mayın 6-8-də baş tutacaq tədbirə 80-dən çox ölkədən nüfuzlu nümayəndələr, dövlət rəsmiləri, alim və siyasətçilər qatılacaq.Beynəlxalq mədəniyyət nümayişləri, buddist sərgiləri və akademik panel müzakirələri ilə zəngin olacaq konfrans çərçivəsində paralel akademik tədbirlər də təşkil ediləcək.