PDF Oxu

Siyasət

  • 1 021

YAP Samux rayon təşkilatında rəsm sərgisi keçirilib - FOTOLAR

image

Yeni Azərbaycan Partiyası (YAP) Samux rayon təşkilatı “Konstitusiya və Suverenlik İli” çərçivəsində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə “Heydər Əliyev müstəqil Azərbaycanın memarıdır” mövzusunda rəsm sərgisi keçirib.

Əvvəlcə Samux rayon təhsil müəssisələrinin təmsilçilərinin əl işlərindən ibarət sərgiyə baxış keçirilib.

Tədbirdə YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov, Samux Rayon İcra Hakimiyyəti Başçısının müavini -ictimai, siyasi və humanitar məsələlər şöbəsinin müdiri Kəmalə Xəlilova, müəllimlər, şagirdlər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyasından, Dahi Liderin təhsilə göstərdiyi diqqət və qayğıdan danışıb. O bildirib ki, Ümummilli Lider hər zaman dövlətin gələ cəyinin gənclərin bilikli, geniş dünyagörüşlü və vətənpərvər olmasından asılı olduğunu vurğulayıb, onlara böyük inam bəsləyib.

Tədbirdə iştirak edən Samux Rayon İcra Hakimiyyəti Başçısının müavini -ictimai, siyasi və humanitar məsələlər şöbəsinin müdiri Kəmalə Xəlilova çıxış edərək Heydər Əliyevin Azərbaycanın müstəqilliyi uğrunda apardığı yorulmaz fəaliyyətindən, Ulu Öndərin layiqli davamçısı ölkə Prezidenti İlham Əliyevin Azərbaycan gəncliyinə və təhsilin inkişafına göstərdiyi diqqət və qayğıdan, apardığı uğurlu daxili və xarici siyasətdən danışıblar.

Rəsm sərgisində Samux rayonunun 24 təhsil müəssisəsindən ümumilikdə 40 nəfərədək şagird iştirak edib.

Qeyd edək ki, rəsm sərgisində qalib gələn şagirdlərə diplom və qiymətli hədiyyələrin Ulu Öndər Heydər Əliyevin 102-ci ildönümünə həsr edilmiş ümumrayon tədbirində təqdim edilməsi nəzərdə tutulub.

Digər xəbərlər