Yeni Azərbaycan Partiyasının (YAP) Nərimanov rayon təşkilatı və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) ərazi partiya təşkilatının birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102 illiyinə həsr olunmuş tədbir keçirilib.
Əvvəlcə “Bakı KOB evi”ndə Ulu Öndərin büstü önünə gül dəstələri qoyulub.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən film nümayiş olunub.
Tədbirdə çıxış edən KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və YAP Nərimanov rayon təşkilatının sədri Elçin Quliyev Ulu Öndərin dövlətimiz və xalqımız qarşısında xidmətlərindən, ölkəmizin sosial-iqtisadi inkişafı üçün gördüyü genişmiqyaslı tədbirlərdən danışıblar.
Tədbir çərçivəsində YAP-a üzv olan KOBİA əməkdaşlarına üzvlük vəsiqəsi təqdim edilib, həmçinin partiya sıralarına qəbul olunmaq istəyən Agentlik əməkdaşlarının ərizələri qəbul edilib.