PDF Oxu

Siyasət

  • 1 284

"Heydər Əliyev irsi və müstəqil Azərbaycanın yolu”

image

Yeni Azərbaycan Partiyası (YAP) Kəlbəcər rayon təşkilatının, Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin, şəhər Heydər Əliyev Mərkəzinin, Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 16 nömrəli kitabxana filialının birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar “Heydər Əliyev irsi və müstəqil Azərbaycanın yolu” mövzusunda tədbir keçirilib.

Məktəblilərin də iştirak etdiyi tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri qoyulub.
YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, Gəncə şəhər Heydər Əliyev mərkəzinin direktoru İlknur İsgəndərova qeyd ediblər ki, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, bütün varlığı ilə Vətəninə, xalqına bağlı olan dünya şöhrətli siyasətçi və böyük dövlət xadimi, Ümummilli Lider Heydər Əliyev çağdaş tariximizdə əbədiləşmiş, respublikamıza rəhbərliyinin bütün dövrlərində Vətən və xalq qarşısında misilsiz xidmətlər, xilaskarlıq missiyası, zəngin dövlətçilik nümunəsi göstərmişdir. Ümummilli Lider Heydər Əliyevin 1993-2003-cü illərdə gördüyü möhtəşəm işlər Azərbaycana rəhbərliyinin birinci dövründəki xidmətlərinin davamı kimi qiymətləndirilir. Əminliklə deyə bilərik ki, ötən əsrin 90-cı illərinin əvvəllərində qazandığımız müstəqilliyin iqtisadi əsası 70-80-ci illərdə qoyulmuş möhkəm təmələ, güclü intellektual və iqtisadi potensiala söykənir. Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu dövlət quruculuğu siyasətinin fonunda görülən işləri və əldə edilən nailiyyətləri onu deməyə əsas verir ki, Ulu Öndər Azərbaycanı, sözün əsl mənasında, müstəqil ölkəyə çevirdi, müstəqilliyimizi daimi və dönməz etdi.
Sonda Ümummilli Lider Heydər Əliyevin zəngin həyat və fəaliyyətini əks etdirən eksponat, fotoşəkil və kitablarla tanışlıq olub.
Qeyd edək ki, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ərəfəsində YAP Kəlbəcər rayon təşkilatının təşkilatçılığı ilə Şərqi Zəngəzur Regional Təhsil idarəsinin Kəlbəcər rayon sektorunun 23 saylı tam orta məktəbinin şagirdlərinin Gəncə şəhər Heydər Əliyev Mərkəzinə ekskursiyası da təşkil olunub

Digər xəbərlər