PDF Oxu

Siyasət

  • 1 155

Şəmkirdə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş tədbir keçirilib

image

Yeni Azərbaycan Partiyası (YAP) Şəmkir rayon təşkilatı üzrə Suvarma Sistemləri İdarəsi ərazi partiya təşkilatında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə ilk öncə Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib.
Tədbiri giriş sözü ilə açan YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev çıxışında Ulu Öndər Heydər Əliyevin şərəfli ömür yolundan danışıb. O bildirib ki, dövlətə və xalqa sədaqətlə xidmət edən Dahi Liderin milli maraqlara əsaslanan uzaqgörən siyasəti nəticəsində Azərbaycan sabitlik, təhlükəsizlik və dayanıqlı inkişaf yoluna qədəm qoyub. Rayon təşkilatının sədri Ümummilli Liderin rəhbərliyi dönəmində - 1995-ci il noyabrın 12-də müstəqil Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsi, müasir dövlətçilik sisteminin bərqərar edilməsi üçün möhkəm hüquqi baza yaradıldığını qeyd edib.
Daha sonra ərazi partiya təşkilatının sədri Vüqar Məmmədov, partiya fəalı Alim Abbasov və digərləri çıxış edərək qeyd ediblər ki, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi dönəmində ölkəmiz böhranlı vəziyyətdən çıxaraq çiçəklənən bir diyara çevrilib. Qeyd olunub ki, Ümummilli Lider Azərbaycan xalqı və dövlətçiliyi naminə misilsiz işlər görüb.
Tədbirin sonunda rayonun ictimai-siyasi həyatında fərqlənən YAP üzvlərinə fəxri fərmanlar təqdim olunub.

Digər xəbərlər