PDF Oxu

Siyasət

  • 1 264

Astarada Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş konfrans keçirilib

image

Yeni Azərbaycan Partiyası (YAP) Astara rayon təşkilatı və Astara Pedoqoji Kollecinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının yaradıcısı və milli dövlətçiliyimizin memarı kimi” mövzusunda konfrans keçirilib.

Tədbirdə ilk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib.
Tədbiri giriş sözü ilə açan YAP Astara rayon təşkilatının sədri Həbib Cəfərov çıxışında bildirib ki, müasir dövlətçiliyimizin banisi, dahi şəxsiyyət Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünü dərin hörmət və ehtiramla qeyd edirik: “Ulu Öndərin zəngin siyasi irsi, milli maraqlara söykənən uzaqgörən strategiyası bu gün də Azərbaycanın inkişafında mühüm rol oynayır. Onun rəhbərliyi ilə əsası qoyulan möhkəm təməl müstəqil dövlətimizin dayağına çevrilib. Ümummilli Liderin ideyaları Prezident İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilir. Xalq-iqtidar birliyinin daha da güclənməsi, rifahlı cəmiyyətin qurulması məhz bu siyasi kursun nəticəsidir”.
Çıxış edən Astara Rayon İcra Hakimiyyəti başçısının müavini Firəngiz Sadıxova bildirib ki, Ulu Öndər Heydər Əliyevin müdrikliyi, siyasi iradəsi və milli maraqlara əsaslanan fəaliyyəti sayəsində Azərbaycan tarixin ən mürəkkəb mərhələlərindən uğurla çıxmış, sabit və güclü dövlət kimi formalaşmışdır. Qeyd olunub ki, Ümummilli Lider xalqın birlik və həmrəyliyini təmin edərək ölkəmizdə sabitlik, inkişaf və tərəqqinin əsasını qoyub. Bu gün bölgələrdə həyata keçirilən genişmiqyaslı layihələr, əhalinin sosial rifahın daha da yüksəldilməsi məhz Dahi Liderin siyasi kursunun Prezident İlhma Əliyev tərəfindən layiqincə davam etdirilməsinin nəticəsidir.
Astara Pedoqoji Kollecinin direktoru Kamran Kazımov bildirib ki, Ulu Öndər Heydər Əliyevin təhsilə və gənc nəslin yetişməsinə verdiyi önəm xalqımızın firavan gələcəyini formalaşdıran ən mühüm istiqamətlərdən biri olub: “Ümummilli Lider vurğulayıb ki, təhsil millətin gələcəyidir. Bu ideyaların davamı olaraq Prezident İlham Əliyev ölkəmizdə peşəkar kadrların hazırlanması və milli dəyərlərə bağlı gənclərin yetişdirilməsinə böyük diqqət göstərir”.
Daha sonra tədbirdə Lənkəran Dövlət Universitetinin prorektoru Ramiz Şəmmədov, Lənkəran-Astara regional təhsil idarəsinin müdir müavini Rəhim Rəhimov, Lənkəran Tarix və diyarşünaslıq muzeyinin direktoru Leyla Məcidova, Masallı Regional Kollecin direktor müavini Dilarə Hüseynova, Astara Pedoqoji Kollecinin müəllimi Elçin Mahmudov və həmin kollecin tələbəsi Aysel Qarazadə çıxış edərək Ulu Öndərin şərəfli ömür yolu, ölkəmizin inkişafı naminə göstərdiyi misilsiz xidmətlər, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qazandığı tarixi zəfərlərdən bəhs ediblər.

Digər xəbərlər