PDF Oxu

Siyasət

  • 383

“Nə? Harada? Nə zaman?” intellektual oyunu keçirilib

image

YAP Naftalan şəhər təşkilatının və Naftalan şəhəri üzrə Gənclər və İdman sektorunun birgə təşkilatçılığı iləşəhər Heydər Əliyev Mərkəzində“Konstitusiya və Suverenlik İli” çərçivəsində Ulu Öndər Heydər Əliyevin doğum gününə həsr edilmiş“Nə? Harada? Nə zaman?” intellektual oyunu keçirilib.İntellektual oyunşəhərdə fəaliyyət göstərən 10müxtəlif idarə, müəssisə və təşkilatın komandalarının iştirakı ilə baş tutub.

Tədbir Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edilib, Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxış edənlər Ümummilli Lider Heydər Əliyevin müasir Azərbaycanın memarı və xilaskarı kimi xalqımızın taleyindəki müstəsna xidmətlərindən, zəngin siyasi irsi, qətiyyətli liderlik xüsusiyyətləri və vətənpərvərlik nümunəsi kimi gələcək nəsillərə örnək olduğunu qeyd ediblər.

Üç mərhələdən ibarət intellektual yarış zamanı iştirakçılar Ulu Öndərin zəngin həyat yolu və siyasi fəaliyyətinə, habelə tarix, coğrafiya və geniş dünyagörüşü tələb edən mövzulara dair suallarcavablandırılıb.

Yarışda Şəhər İcra Hakimiyyətinin komandası birinci,Naftalan Murov Mərkəzi Sanatoriyasının komandası ikinci,Şəhər Polis Şöbəsinin komandası isə üçüncü yerə layiq görülüb.Sonda qaliblərdiplom və kubokla təltif olunublar.

Digər xəbərlər