PDF Oxu

Siyasət

  • 957

Oğuzda "Nə? Harada? Nə zaman?” intellektual oyunu keçirilib TƏDBİR

image

07 may 2025-ci il tarixdə Oğuz şəhərində yerləşən "AFRA HOTEL" də Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə Yeni Azərbaycan Partiyası (YAP) Oğuz rayon təşkilatı, Şəki-Zaqatala Regional Gənclər və İdman idarəsinin, ŞZRTİ-nin Oğuz rayon üzrə Təhsil sektorunun birgə təşkilatçılığı ilə böyüklər arasında “Nə? Harada? Nə zaman?” intellektual oyunu keçirilib.

Oyunun açılış mərasimində Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Cavid Əbdul-Qədirov, Yeni Azərbaycan Partiyası Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov, Şəki-Zaqatala Regional Gənclər və İdman idarəsinin rəisi Ramiz Mahmudov, Şəki-Zaqata Regional Təhsil idarəsinin Oğuz rayon üzrə Təhsil sektorunun müdiri Sərdar Nəbiyev və rayonun ümumtəhsil məktəblərinin, müəssisə və təşkilatlarının komandaları iştirak ediblər.

Tədbirdə Dövlət himnimiz səsləndirildikdən sonar Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbiri giriş sözü ilə açan YAP Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov bildirdi ki, bütün həyatını xalqının xoşbəxt gələcəyinə, qüdrətli Azərbaycan dövlətinin yaradılmasına və inkişafına həsr edən Ulu Öndər Heydər Əliyevin Vətən və xalq qarşısındakı xidmətləri misilsizdir. Təsadüfi deyil ki, Ulu Öndərin fəaliyyəti öz miqyası və əhəmiyyəti etibarilə Azərbaycanın hüdudlarından çox-çox kənara çıxıb. Ulu Öndər xalqımızın yaddaşında yaradıcı, qurucu və xilaskar obrazını daim yaşadıb, qəlblərdə özünə əbədi məhəbbət qazanıb. Ulu Öndərin hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu, milli-mənəvi inkişaf istiqamətində gördüyü işlər bütövlükdə müstəqilliyimizin möhkəmlənməsinə yönəlib. Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən mühüm hadisələrindən biri olmaqla yanaşı, Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı böyük xidmətlərindən biridir. Qeyd olunub ki, Ulu Öndər şərəfli ömrünü bütövlükdə xalqa, Vətənə və dövlətə həsr edib, müqəddəs amallar uğrunda misilsiz xidmətlər göstərib. Məhz Ümummilli Liderin gərgin əməyi və qətiyyətli siyasəti sayəsində yeni, müasir Azərbaycan dövləti qurulmuş, ölkəmiz dünya məkanında öz layiqli yerini tutub. Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımız işğaldan azad olunub, ölkəmiz möhtəşəm nailiyyətlərə imza atıb.

Tədbirdə çıxış edən Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Cavid Əbdul-Qədirov Azərbaycanın uğurlu inkişafının Heydər Əliyevin müəyyənləşdirdiyi siyasət nəticəsində təmin edildiyini vurğulayıb: “Məhz Azərbaycan dövlətinin möhkəm təməllər üzərində qurulmasının nəticəsidir ki, müxtəlif vaxtlarda dünyada baş verən böhranlardan Azərbaycan uğurla çıxa bilib. Ulu Öndərin həyata keçirdiyi islahatlar nəticəsində Azərbaycan dünya dövlətləri arasında özünəməxsus layiqli yerini tutub, demokratiya, siyasi sabitlik və tərəqqi müstəqil Azərbaycanı xarakterizə edən mühüm amilə çevrilib. Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı — dövlət başçımız, Zəfərimizin memarı, Müzəffər Ali Baş Komandan İlham Əliyev Azərbaycan xalqına tarixindəki ən qürurlu, şanlı günləri yaşadıb. Suverenliyimiz və ərazi bütövlüyümüz tam təmin edilib, Qarabağ və Şərqi Zəngəzur azadlığına qovuşub, yüz minlərlə vətəndaşımız məcburi köçkün adından qurtulub. İndi işğaldan azad olunmuş ərazilərdə nəhəng tikinti və quruculuq işləri aparılır, insanlarımız qayıdış köçləri ilə sevinclə öz yurdlarına dönürlər.

Tədbirdə Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin rəisi Ramiz Mahmudov, Oğuz rayon Təhsil sektorunun müdiri Sərdar Nəbiyev çıxış edərək bildirdilər ki, Ulu Öndər Heydər Əliyevin müdrikliyi, siyasi iradəsi və milli maraqlara əsaslanan fəaliyyəti sayəsində Azərbaycan tarixin ən mürəkkəb mərhələlərindən uğurla çıxmış, sabit və güclü dövlət kimi formalaşmışdır. Qeyd olundu ki, Ümummilli Lider xalqın birlik və həmrəyliyini təmin edərək ölkəmizdə sabitlik, inkişaf və tərəqqinin əsasını qoyub. Bu gün bölgələrdə həyata keçirilən genişmiqyaslı layihələr, əhalinin sosial rifahın daha da yüksəldilməsi məhz Dahi Liderin siyasi kursunun Prezident İlhma Əliyev tərəfindən layiqincə davam etdirilməsinin nəticəsidir.Ulu Öndər Heydər Əliyevin təhsilə və gənc nəslin yetişməsinə verdiyi önəm xalqımızın firavan gələcəyini formalaşdıran ən mühüm istiqamətlərdən biri olub: “Ümummilli Lider vurğulayıb ki, təhsil millətin gələcəyidir. Bu ideyaların davamı olaraq Prezident İlham Əliyev ölkəmizdə peşəkar kadrların hazırlanması və milli dəyərlərə bağlı gənclərin yetişdirilməsinə böyük diqqət göstərir”.

Çıxış edənlər Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə rayonumuzda keçirilən tədbirlərdən, rayonumuzun komandalarının intellektual oyunlarda uğurlu çıxışlarından bəhs etdilər və yarış iştirakçılarına uğurlar arzuladılar.

Sonra oyunun aparıcısı Oğuz rayonu üzrə Gənclər və İdman sektorunun aparıcı məsləhətçisi Rövşən Salehli yarışın qaydaları haqqında komandalara məlumat verdi.

Oyun komandaların maraqlı mübarizəsi şəraitində keçdi. 25 komanda arasında

I yeri Xaçmazqışlaq kənd tam orta məktəbinin komandası,

II yeri Qumlaq kənd tam orta məktəbinin “Dəmir yumruq" komandası,

III yeri Oğuz şəhər Nail İbrahimli adına 3 nömrəli məktəb-liseyin “Nail” komandası əldə etdi.

Qaliblər Yeni Azərbaycan Partiyası Oğuz rayon təşkilatı, Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin və Oğuz rayon Təhsil sektorunun diplom, qiymətli hədiyyə və kuboku ilə təltif edildi.

Digər xəbərlər