PDF Oxu

Siyasət

  • 513

Tovuzda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə bağlı elmi-praktiki konfrans keçirilib - FOTOLAR

image

Tovuz Rayon İcra Hakimiyyətinin və YAP Tovuz Rayon Təşkilatının birgə təşkilatçılığı ilə Tovuz şəhər Heydər Əliyev Mərkəzində keçirilən konfransda Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, YAP Tovuz Rayon Təşkilatının sədri Nihad Pənahov, hüquq-mühafizə orqanlarının rəhbərləri və rayonun ictimaiyyət nümayəndələri iştirak edib.

Tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyublar.

Tədbirdə Ümummilli Liderimiz Heydər Əliyevin və Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Konfransı giriş sözü ilə açan Məmməd Məmmədov Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinin qədirbilən xalqımız tərəfindən daim böyük hörmət və sonsuz minnətdarlıq hissləri ilə anıldığını bildirib və Allahdan ona rəhmət diləyib. Ümummilli Liderin həyatını canından çox sevdiyi Azərbaycanın rifahına və davamlı inkişafına həsr etdiyini qeyd edən Məmməd Məmmədov, hakimiyyətdə olduğu hər iki dövrdə Ulu Öndərin milli maraqlara əsaslanan uğurlu inkişaf strategiyasından və misilsiz xidmətlərindən bəhs edib.

YAP Tovuz rayon təşkilatının sədri Nihad Pənahov “Azərbaycan Respublikasının Konstitusiyası Ulu öndər Heydər Əliyevin tarixi xidmətidir”, rayon Ağsaqqallar Şurasının üzvü Mücaməddin Axundov “Ulu öndərin həyat yolu”, Tovuz Dövlət Sosial- İqtisad Kollecinin direktoru Hicran Əyyubova “Ulu öndər Heydər Əliyevin Orta ixtisas təhsilinin inkişafında rolu”, Tovuz DAİM-nin əməkdaşı Aslan Yusifov “Heydər Əliyevin gənclər siyasəti” Tovuz şəhər Mahir Ələkbərov adına məktəbin direktoru Sadıq Rəhimov “Təhsil millətin gələcəyidir” mövzusunda məruzələri dinlənilib.

Yekunda Məmməd Məmmədov bildirmişdir ki, zaman keçdikcə Azərbaycan tarixinin ən şanlı səhifələrini yazmış Heydər Əliyevin ölkəmizin müstəqilliyinin əbədiləşdirilməsi naminə xalqımız və millətimiz qarşısında əvəzsiz xidmətləri daha aydın görünür. Belə ki, Dahi Şəxsiyyət Heydər Əliyevin fəaliyyəti sayəsində 1993-2003-cü illər ərzində Azərbaycanın dövlətçiliyi quruldu, Azərbaycanın inkişaf strategiyası müəyyən olundu. Ölkəmizin dünyaya layiqincə inteqrasiyası başlandı. Ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında xidmətləri unudulmazdır, əvəzolunmazdır və onlar tarixi əhəmiyyət kəsb edir.

Bu gün Azərbaycan xalqı ona görə xoşbəxtdir ki, dahi şəxsiyyət öz qurub-yaratdığı, şah əsəri olan müstəqil respublikamızın taleyini layiqli davamçısı cənab İlham Əliyevə əmanət edib. Heydər Əliyev dühasından bəhrələnərək onun siyasi kursunu ləyaqətlə davam etdirən Prezident İlham Əliyevin dövlətçilik bacarığı və rəhbərlik qabiliyyəti sayəsində indi müstəqil Azərbaycan dünyada qüdrətli dövlət kimi tanınır. Bir zamanlar "Gün gələcək, Azərbaycan dünyaya günəş kimi doğacaq” fikrini səsləndirəndə sanki dahi lider bu günləri görürdü. Müzəffər Ali Baş Komandanımız atasının yolunu layiqincə davam etdirmiş, onun vəsiyyətini yerinə yetirərək torpaqlarımızı işğaldan azad etmiş və ərazi bütövlüyümüzü tam təmin etmişdir. Bu qürur bütün Azərbaycan xalqının qürurudur. Bu xidmətinə görə Azərbaycan Xalqı öz Liderinə minnətdardır.

Sonda Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən film nümayiş etdirilib.

Digər xəbərlər