Yeni Azərbaycan Partiyası (YAP) Kəngərli rayon təşkilatının və Kəngərli Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə rayon Mədəniyyət Sarayında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin rayon mərkəzində yerləşən abidəsini ziyarət edib, önünə gül dəstələri düzüb, Ulu Öndərin xatirəsini dərin ehtiramla yad ediblər.
Tədbirdə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçən qəhrəman şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Kəngərli Rayon İcra Hakimiyyəti başçısı Kamal Ələkbərov, YAP Kəngərli rayon təşkilatının sədri Sevda Quluyeva çıxış edərək Azərbaycan dövlətçilik tarixində müstəsna yeri olan, öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş, hər bir azərbaycanlı üçün vətənpərvərlik nümunəsinin rəmzinə çevrilmiş Ümummilli Liderin ömür yolundan, müstəsna xidmətlərindən söhbət açıblar. Azərbaycan xalqının milli mənlik şüurunun oyanmasında, müstəqil dövlətçilik təfəkkürünün formalaşmasında Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətlərinin, həyat və fəaliyyətinin hər bir məqamının Azərbaycan xalqının qürur və iftixar mənbəyi olduğu bildirilib.
Sonra bir qrup partiya fəalına fəxri fərman və hədiyyələr, YAP sıralarına qəbul olunmuş gənclərə üzvlük vəsiqələri təqdim olunub.
Tədbirin rəsmi hissəsi Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.
Tədbir konsert proqramı ilə yekunlaşıb.