PDF Oxu

Siyasət

  • 385

Tofiq Yaqublu Əli Kərimlinin planlarını alt-üst etdi ANALİZ

image

Cəmil Həsənlinin Tofiq Yaqublunu zəiflikdə qınaması ciddi söz-söhbətə səbəb oldu

Oxuduqlarıma və eşitdiklərimə görə, siyasət təmizliyi, saflığı, ədalətli mövqe sərgiləməyi tələb edir. Fərqli mövqe nümayiş etdirmək siyasəti ucuzlaşdırmaqla yanaşı siyasətçini uçuruma aparır. Təəssüf ki, elə şəxslər var ki, siyasətin qızıl qaydalarını bilmirlər, necə gəldi siyasət yürüdür və fəaliyyət göstərir. Nəticədə həmin şəxs daim ittiham, tənqid obyekti olur. Bu isə o anlamı yaradır ki, həmin torbalı şəxs siyasətə sadəcə gəlir mənbəyi olaraq baxır. Misal olaraq, Azərbaycanın dağıdıcı müxalifətinin apardığı səhv, yanlış siyasətinin ağır nəticəsi olaraq cəmiyyətin onları qətiyyətlə rədd etmələrini göstərmək olar. Əminliklə demək olar ki, dağıdıcı müxalifətin əsas simaları olan AXCP sədri Əli Kərimli, Milli Şuranın rəhbəri Cəmil Həsənli və onların rəhbərlik etdikləri trol şəbəkəsi mövcud reallıqları aydın şəkildə dərk edirlər. Sadəcə geriyə dönüş olmadığı üçün, ictimai tələbləri yerinə yetirmirlər. Çalışırlar ki, daha çox xaricdən verilən göstərişləri yerinə yetirsinlər, onların rəğbətini qazansınlar. Azərbaycana qarşı düşmən mövqe sərgiləyən hansısa xarici ölkədə kimlərsə bayquş kimi səs çıxarsalar C.Həsənli və Ə.Kərimli vatçapda yaratdıqları qrupda həmin səsi tezis formasında paylaşırlar. Həngamə də bundan sonra başlayır. Qrupun trolları ağız-ağıza verib ölkəmizin imicini ləkələməyə, milli varlığımızı təhdid etməyə hesablanan şər və böhtanlarını geniş şəkildə paylaşırlar.

Əli Kərimli arzu edir ki, inkişaf, tərəqqi olmasın, daim dağılmış məkanlar, uçulmuş yerlər olsun

Diqqətçəkən məqam ondan ibarətdir ki, dağıdıcı ünsürlər keçirdikləri toplantılarda, İnternet TV-lərə verdikləri açıqlamalarında səsləndirdikləri dedi-qodu xarakterli fikirlərinə ictimai siyasi vəziyyətin müzakirəsi donunu geyindirməyə çalışırlar. AXCP sədri Əli Kərimli, Milli Şuranın rəhbəri Cəmil Həsənli uzun illər siyasətdə olmalarına baxmayaraq cüzi belə irəliyə doğru addım atmayıblar, hansısa uğur qazana bilməyiblər. Yəni 30 ildən çoxdur ki, eyni zurnada eyni havanı ifa edirlər. Fikir verilsə açıq şəkildə görmək olar ki, dağıdıcı müxalifət düşərgəsində təmsil olunan şəxslərin hamısı eyni boyda, biçimdə və düşüncədədir. Danışıqları, özlərini aparmaq qaydaları da eynidir. Sanki inkubator aparatından çıxan cücələrdir. Kənddə yaşayanlar bilirlər, qonşunun xoruzu banlayanda dərhal digər həyətlərin toyuğu-xoruzu da səsə səs verib banlayırlar. Hesab edirəm ki, belələri həm də günümüzün bayquşlarıdır. Arzu edirlər ki, inkişaf, tərəqqi olmasın, daim dağılmış məkanlar, uçulmuş yerlər olsun. Erməni cəlladları da işğal etdikləri Azərbaycan torpaqlarında böyük dağıntılar, vəhşiliklər həyata keçirmişlər. Düşünürsən ki, görən Əli Kərimli, Cəmil Həsənli və digərləri erməniləri törətdikləri vəhşiliklərə haqq qazandırılarmı? Susmaları, bir dəfə də olsun, işğaldan azad edilən ərazilərdə möhtəşəm tikinti, quraşdırma, təmir işləri ilə bağlı müsbət fikirlər söyləməmələri həqiqətlə razılaşmaq məcburiyyətində qalırsan bəli, dağıdıcı müxalifət erməni vəhşiləri ilə də eyni təfəkkürdə və düşüncədədir. Lakin arzuları ürəklərində niyyətləri gözlərində qalır. İşğaldan azad edilən torpaqlarımız da dostları sevindirən, düşmənlərin bağrını yaran quruculuq, təmir, bərpa işləri həyata keçirilir. İnsanlara öz doğma yurd-yuvalarına qayıtmaqla, bölgəyə yeni həyat, yeni nəfəs verirlər.

Tofiq Yaqublu səhvini etiraf etməyə başlayır

Bu arada diqqətçəkən məqamlardan biri də ondan ibarətdir ki, dağıdıcı müxalifətin bəzi trolları Əli Kərimlinin, Cəmil Həsənlinin və digərlərinin simasız və yararsız məxluqlar olduqlarını anlamağa başlayıblar. Bu “ziyanın yarısından geri qayıtmaq da xeyirdir” məsəlinə uyğun olsa da, onların peşmançılıqlarını nəzər almaq tərəddüdlər yaradır. Ona görə ki, uzun illər bu şəxslər dövlətçiliyə, milli maraqlara qarşı sifarişli fəaliyyət göstəriblər. Dəfələrlə icazəsi aksiyalar keçirməklə polislə qarşıdurma yaradıb, hakimiyyət orqanlarına qarşı təlimata uyğun ittihamlar səsləndiriblər. Bununla belə Azərbaycan cəmiyyəti xeyirxah, səhvini anlayıb, əski mövqelərinə dönənlərə şans verməyi bacaran cəmiyyətdir.

Hazırda görünən ondan ibarətdir ki, məlum cinayət əməlinə görə məhkəmənin qərarı ilə azadlıqdan məhrum edilən Milli Şuranın və Müsavat partiyasının üzvü Tofiq Yaqublu da səhvini anlamağa başlayıb. Dərk edib ki, Əli Kərimlinin, Cəmil Həsənlinin qurduğu tora düşüb. Bu baxımdan sifariş əsasında qurduğu “aclıq aksiyası”nı dayandırıb. Maraqlıdır ki, T.Yaqublunun “aclıq aksiyası”nı dayandırmasında AXCP sədri Əli Kərimli və Milli Şuranın rəhbəri Cəmil Həsənli narazı qalıblar. Ötən gün C.Həsənli acıq şəkildə T.Yaqublunun “aclıq aksiyası”nı dayandırmasını onun iradəcə zəifliyi kimi qiymətləndirib. Bu isə onu deməyə əsas verir ki, Milli Şura və AXCP rəhbərliyi T.Yaqublu üzərindən ucuz siyasi divident əldə etməyə çalışırlar. Hesab edirlər ki, T.Yaqublunun səhhətində ciddi problemlərin yaranması ilə xarici maraqlı dairələrin diqqətini özlərinə cəlb etmək imkanı qazana bilərlər. Ancaq anlamırlar ki, onsuzda xarici məkrli dairələr Azərbaycana qarşı qərəzli münasibətdədir. Digər tərəfdən anti-Azərbaycan şəbəkə ilə sizlərin sıx əməkdaşlıq əlaqələriniz mövcuddur. Maddi və mənəvi yardımlar qarşılığında ölkəmizin iç məsələlərini onlara satmaqla məşğulsunuz. Bu baxımdan T.Yaqublunun “aclıq aksiyası”nı dayandırmasından narahat olub, bunu Yaqublunun zəifliyi kimi qiymətləndirməyinizin sizlərlə onlar arasında münasibətlərə hər hansı yenilik gətirməyəcək. Əlavə yardımların verilə biləcəyinə də ümid etməyin. Çünki qayda belədir, sahibi öz itinə gündə neçə dəfə və necə hürməsinə görə deyil, qapısında dayanıb, maraqlarını qoruduğuna görə yal verir. Bu yalın miqdarı və forması da heç bir halda dəyişməyir.

İLHAM ƏLİYEV

Digər xəbərlər