PDF Oxu

Siyasət

  • 343

Azərbaycan Vyetnam münasibətlərində yeni üfüqlər - ŞƏRH

image

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Vyetnam Sosialist Respublikasının “Vietnam News Agency” agentliyinə verdiyi müsahibədə Azərbaycanla Vyetnam arasındakı ikitərəfli münasibətlərin və əməkdaşlığın indiki vəziyyətinə, eyni zamanda gələcəkdəki inkişaf perspektivlərinə toxunub, Vyetnam Liderinin Azərbaycana gözlənilən səfərinin əhəmiyyətindən bəhs edib.

Dövlətimizin başçısı müsahibəsində Azərbaycan və Vyetnamı yarım əsrdən artıq tarixə malik dostluq münasibətləri birləşdirdiyini, 1959-cu ildə Vyetnam Demokratik Respublikasının Prezidenti Ho Şi Minin Azərbaycan SSR-ə səfər etdiyini, o dövrdə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsini tutan Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin 1983-cü ildə Vyetnamda səfərdə olduğunu diqqətə çatdırıb. Məhz bu əlamətdar səfərləriniki ölkəarasında əməkdaşlığın inkişafının möhkəm təməlinə çevrildiyini bildirib.

Prezident İlham Əliyev 2014-cü ildə Vyetnama dövlət səfərinin və 2015-ci ildə Vyetnam Prezidenti cənab Çıonq Tan Şanqın Azərbaycana rəsmi səfəri iki dövlət arasında münasibətlərdə yeni səhifə açdığını və onların gələcək inkişafına təkan verdiyini vurğulayıb. Prezident Çıonq Tan Şanqın səfəri çərçivəsində rəsmi şəxslərlə yanaşı, neft-qaz, energetika, inşaat, informasiya-kommunikasiya, maliyyə, sənaye, ticarət, turizm, nəqliyyat, əczaçılıq və digər sahələrin işgüzar dairələrinin iştirakı ilə Birinci Azərbaycan-Vyetnam biznes forumunun keçirildiyini diqqətə çatdırıb. Dövlətimizn başçısı həmçinin müxtəlif sahələrdə əməkdaşlığın inkişafı, qarşılıqlı fəaliyyətin yeni istiqamətlərinin müəyyənləşdirilməsi məqsədilə iqtisadi, ticarət, elmi və texniki əməkdaşlıq üzrə Azərbaycan-Vyetnam Hökumətlərarası Komissiyasının yaradıldığını bildirib.İki ölkənin ən böyük beynəlxalq təşkilatlar, o cümlədən Qoşulmama Hərəkatı və BMT çərçivəsində səmərəli əməkdaşlıq etdiyini qeyd edib.

Ölkə başçısı bildirib ki, Azərbaycanla Vyetnam arasında münasibətlər bütün əsas sahələr üzrə uğurla inkişaf etdir. Iki ölkə arasında mədəni əlaqələrdən bəhs edən Prezident İlham Əliyev vurğulayıb ki, bu əlaqələr müxtəlif təşəbbüslər və layihələr vasitəsilə inkişaf etməkdə və möhkəmlənməkdə davam edir. Buna misal olaraq Dövlətimizin başçısı 2024-cü ildə Bakıda Vyetnam əsgərlərinin Vyetnam müharibəsindəki qəhrəmanlığına həsr edilmiş “Əfsanə yaradanlar” filminin nümayişinin olduğunu, həmin il paytaxtımızda Vyetnam Lideri Ho Şi Minin Azərbaycana səfərinin 65 illiyi münasibətilə Vyetnam Günlərinin keçirildiyini qeyd edib.

Prezident İlham Əliyev 2018-ci ildəHeydər Əliyev Fondunun Ha Giang əyalətində ibtidai məktəbin tikintisi də daxil olmaqla, Vyetnamda fəal surətdə layihələr həyata keçirdiyini, bu ilin aprelində Fondun vitse-prezidenti Leyla Əliyevanın ölkənizə səfəri çərçivəsində vitse-prezident Vo Ti An Suan, Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsi Baş katibinin xanımı No Fon Li, yaradıcılıq sənayesinin nümayəndələri, Hanoy Ticarət və Turizm Kollecinin rəhbərləri, həmçinin Azərbaycanda təhsil almış vyetnamlı məzunlarla görüşdüyünü, görüş çərçivəsində Hanoy Ticarət və Turizm Kollecinə Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə bağlı sertifikat təqdim etdiyini diqqətə çatdırıb.

Müsahibəsində Vyetnam Lideri cənab Lamınin ölkəmizə edəcəyi səfərin əhəmiyyətinə toxunan Dövlətimizin başçısı qeyd edib ki, ikitərəfli münasibətlərin dərinləşdirilməsi səylərini əks etdirən və qarşılıqlı fəaliyyətdə yeni istiqamətlər açan bu hadisə böyük siyasi əhəmiyyətə malikdir. Ölkə rəhbəri səfəri Azərbaycan-Vyetnam əməkdaşlığının inkişafında mühüm mərhələ kimi qiymətləndirib. Səfərin daha fəal əməkdaşlığa mühüm təkan olacağını, Azərbaycanla Vyetnam arasında münasibətlərin dostluq və qarşılıqlı hörmət ruhunda inkişafı üçün yeni üfüqlər açacağını vurğulayıb.

Sahib Şükürov

YAP Göyçay rayon təşkilatının sədri

Digər xəbərlər