PDF Oxu

Siyasət

  • 1 009

"Heydər Əliyev Fondu faydalı işləri ilə ad çıxaran ictimai təşəbbüsdür" - ŞƏRH EDİLDİ

image

"Heydər Əliyev Fondu həm Azərbaycan daxilində, həm də ölkədən kənarda kifayət qədər tanınan, sevilən, qəbul edilən və faydalı işləri ilə ad çıxaran ictimai təşəbbüsdür". Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.O bildirib ki, işin yaxşı tərəfi odur ki, bu Fondun rəhbəri hörmətli Mehriban Əliyevadır: "Onun təcrübəsi, ümumiyyətlə, yanaşması Fondun fəaliyyətinin uğurlarını təmin edir.Eyni zamanda Fondun vitse-prezidenti Leyla Əliyeva da çox fəal ictimai xadimdir. Təbiidir ki, bu fəallıq Fondun fəaliyyətində də özünü göstərməkdədir. Bu Fond Azərbaycandan kənarda məktəblər tikməsi ilə, humanitar fəaliyyətlər göstərməsi ilə diqqət çəkir, təqdir edilir. Eyni zamanda Azərbaycanın daxilində də eyni istiqamətdə gördüyü işlərlə çox diqqət çəkir. Özəlliklə də Azərbaycan təhsil sisteminə verdiyi töhfələrlə bu Fondun yeri bir başqadır.Bilirsiniz ki, Azərbaycan müstəqillik qazandıqdan sonra təhsil sisteminin bütövlükdə yenidən qurulmasına ehtiyac yaranıb. Mərhələ-mərhələ dövlət məktəblərin yenilənməsi, maddi-texniki bazasının möhkəmləndirilməsi üçün tədbirlər görülür. Heydər Əliyev Fondu da Mehriban Əliyevanın başçılığı altında bu prosesdə çox yaxından iştirak edir. Eyni zamanda 44 günlük Vətən müharibəsindən sonra Qarabağ qazilərinin, şəhid ailələrinin diqqətdə saxlanılmasını ayrıca vurğulamalıyıq. Fond onlarla bağlı çox böyük layihələr icra edir. Təbiidir ki, biz Fondun 21 illik fəaliyyəti haqqında danışarkən bütün bu məqamları bir araya toplasaq, görəcəyik ki, Fond qarşısına qoyduğu məqsədlərə nəinki nail olub, hətta ondan gözləniləndən də artıq iş görə bilib"."Dünyada bənzər fondlar var. O cür fondların tarixi daha qədimdir. Amma Heydər Əliyev Fondu nisbətən qısa müddət fəaliyyət göstərməsinə baxmayaraq o qədim fondlardan da çox işlər görə bilib. Onu qlobal səviyyədə gerçəkləşdirməyi bacarıb. Əlbəttə ki, bundan sonra da Fondun fəaliyyətinə həm Azərbaycanda, həm də ondan kənarda çox ciddi ehtiyac var. Əminəm ki, Fond üzərinə düşəni yerinə yetirə biləcək. Ümumiyyətlə, Azərbaycanın bir dövlət olaraq müsbət imicinin formalaşdırılmasında Heydər Əliyev Fondunun müstəsna xidmətləri olduğunu da ayrıca vurğulamaq lazımdır" - deyə o, əlavə edib.

Müəllif: Söylü Ağazadə

Digər xəbərlər