Mərkəzi Seçki Komissiyasının (MSK) nümayəndə heyəti TDT-yə üzv ölkələrin ali seçki qurumlarının Məşvərət Platformasının təsisində iştirak edəcək. SİA xəbər verir ki, bununla əlaqədar nümayəndə hesayəti MSK sədri Məzahir Pənahovun rəhbərliyi ilə Qazaxıstanın Türküstan şəhərinə səfər edib.Qeyd edilib ki, Qazaxıstan Mərkəzi Seçki Komissiyasının sədri Nurlan Abdirovun dəvətinə əsasən reallaşdırılan səfər çərçivəsində Azərbaycan Mərkəzi Seçki Komissiyasının nümayəndə heyəti öncə Türk Dövlətləri Təşkilatına üzv ölkələrin ali seçki qurumlarının Məşvərət Platformasının təsis sənədinin imzalanması mərasimində iştirak edəcək.Sözügedən sənəd Türk Dövlətləri Təşkilatına üzv ölkələrin seçki idarəetmə orqanları arasında münasibətlərin daha da intensivləşdirilməsi və təcrübə mübadiləsinin aparılması istiqamətində qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsinə imkan yaradacaq.Mərkəzi Seçki Komissiyasının nümayəndə heyəti Qazaxıstana səfər zamanı həmçinin “Türk Dünyası: Ənənələr, Təcrübə və Seçki Sistemlərinin İnkişafı üçün Perspektivlər” mövsuzunda beynəlxalq konfransda da iştirak edəcək.Mərkəzi Seçki Komissiyasının nümayəndə heyətinin tərkibinə Komissiya sədrinin müavini Rövzət Qasımov və Katibliyin rəhbərinin müavini Həsən Kazımzadə də daxildir.Səfər çərçivəsində nümayəndə heyətinin Türk Dövlətləri Təşkilatına üzv ölkələrin ali seçki orqanlarının rəhbərləri və digər rəsmi şəxslərlə görüşləri, qurumlararası əlaqələr və qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirələrin aparılması da nəzərdə tutulur.