PDF Oxu

Siyasət

  • 1 106

"Dövlət proqramı üzrə proseslər intensiv olaraq davam etdirilməkdədir" - ŞƏRH EDİLDİ

image

Son 5 ildə qarşımızda duran ən böyük milli vəzifələrdən biri işğaldan azad olunmuş ərazilərimizə Böyük Qayıdışı təmin etmək və ərazilərimizdə məskunlaşma ilə bağlı infrastrukturu yaratmaqdan ibarət idi. İlk növbədə xüsusi proqram çərçivəsində Azərbaycan dövləti bütün işğaldan azad olunmuş ərazilərimizdə təhlükəsizliyi təmin etmək üçün mümkün təhlükə mənbələrini, o cümlədən minaları təmizlədi". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.Onun sözlərinə görə, ardınca yol kommunikasiya elektrik, su və digər vasitələrin inşa edilməsinə başlandı: "Nəticədə yüzlərlə kilometr yollar çəkildi, körpülər salındı, onlarla su elektrik stansiyası inşa edildi, hava limanları inşa edildi. Şəhər və kəndlərimizin qəbul olunmuş proqram üzrə şəhərsalma planları təsdiq edildi. Həmin bu proses müasir tikinti texnologiyalarına əsaslanan ən müasir formada həyata keçirildi.Ağıllı şəhərlər, ağıllı kəndlər formasında qayıdacaq vətəndaşlarımızın bütün rahatlığını təmin olunması üçün lazım olan zəruri tədbirlər görüldü. Hazırda 2026-cı ildə Böyük Qayıdışın birinci hissəsi başa çatacaqdır. Ona görə də birinci dövlət proqramı üzrə proseslər intensiv olaraq davam etdirilməkdədir".Deputat qeyd edir ki, Azərbaycan Prezidentinin Ağdama səfər etməsi, Bakı-Ağdam dəmiryol inşasının başa çatması, Ağdam dəmiryol vağzalı stansiyasının açılışının edilməsi, həmçinin Ağdam sənaye parkı və digər müəsisələrinin açılış edilməsi Ağdamın böyük şöhrətini özünə qaytarılması istiqamətində atılan addımlardır. Müasir şəhərlərimizə daha da müasir şəkildə qayıdırıq".

Müəllif: Xeyrənsə Piriyeva

Digər xəbərlər