PDF Oxu

Siyasət

  • 498

Azərbaycan-Vyetnam əlaqələri genişlənir

image

Cənab Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasət kursu, ölkəmizin hərbi-siyasi qələbələri ilə yaratdığı yeni reallıqda artan nüfuzumuz bizə istənilən güc ilə bərabərhüquqlu tərəfdaşlıq imkanı verir.

Ölkə başçısının uğurlu xarici siyasəti, həyata keçirilən iri miqyaslı layihələr, Azərbaycanın strateji möövqeyi və bu kimi hallar dünyanın müxtəlif ölkələrini Azərbaycanla əlaqələrini daha da genişləndirilməsinə marağı artırır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Vyetnam Sosialist Respublikasının “Vietnam News Agency” agentliyinə müsahibə verərək Azərbaycan və Vyetnam arasında əməkdaşlıq və ikitərəfli münasibətləri əziyyətinə xüsusi yer ayırıb.

Prezidenti İlham Əliyev “Vietnam News Agency” agentliyinə müsahibəsində qeyd edib ki, Azərbaycan Vyetnamla iqtisadi və ticari əlaqələrin inkişafına böyük əhəmiyyət verir.

“2024-cü ildə iki ölkə arasında əmtəə dövriyyəsinin həcmi 223,93 milyon ABŞ dolları olub. Sözsüz ki, bizim bu göstəricini gələcəkdə də artırmaq üçün potensialımız mövcuddur”, – deyən dövlətimizin başçısı ölkələrimizin neft sahəsində də qarşılıqlı fəaliyyət göstərdiklərini vurğulayıb.

Bu gün Azərbaycan və Vyetnam neft sahəsində də qarşılıqlı fəaliyyət göstərir. 2019-cu ildə Vyetnamın “Binh Son Refinery and Petrochemical Company” ilə SOCAR arasında müqavilə imzalanıb. Neft sahəsində əməkdaşlığımız möhkəm tarixi təmələ əsaslanır – çünki Azərbaycan mütəxəssisləri Vyetnamın neft sənayesinin yaradılmasında və inkişafında əsas rol oynayıblar.

Mədəniyyət, humanitar və təhsil sahələrində əməkdaşlığımızın kökləri sovet dövrünə gedib çıxır, amma son illərdə daha da inkişaf edib.

Ölkələrimiz arasında mədəni əlaqələr müxtəlif təşəbbüslər və layihələr vasitəsilə inkişaf etməkdə və möhkəmlənməkdə davam edir.

Qeyd edilib ki, Sovet dövründə Azərbaycanda 5 minə yaxın vyetnamlı təhsil alıb, onların bir çoxu hazırda Vyetnamın dövlət orqanlarında məsul vəzifələr tutur. Prezident İlham Əliyevin 2014-cü ildə Hanoya səfəri zamanı ölkə başçısının Azərbaycan ali məktəblərinin vyetnamlı məzunları ilə görüş olub, onlar ölkəmiz və burada keçirdikləri illərlə bağlı səmimi sözlər ifadə ediblər.

Rövşən ƏHMƏDOV ,

YAP Ağcabədi rayon təşkilatının sədri

Digər xəbərlər