PDF Oxu

Siyasət

  • 1 246

Azərbaycan-Vyetnam diplomatik əlaqələrinin perspektivləri

image

Mayın 7-də Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın ölkəmizə səfəri çərçivəsində hər iki ölkənin dövlət başçıları mətbuata bəyanatlarla çıxış ediblər. Prezident İlham Əliyev bildirib ki, Vyetnam-Azərbaycan əlaqələrinin inkişafı mühüm əhəmiyyət daşıyır. Səfərin nəticələrinin uğurlu olacağını və əldə edilmiş razılaşmaların konkret layihələrə çevriləcəyini qeyd edib. Bu gün imzalanmış sənədlər arasında Azərbaycan ilə Vyetnam arasında qəbul edilmiş Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyanatı xüsusi olaraq vurğulayıb. Bu çox ciddi siyasi sənəd olmaqla hər iki ölkənin ümumi mənafeyinə xidmət edəcəkdir.

Azərbaycan və Vyetnam arasında münasibətlər tarixi dostluq və qarşılıqlı hörmətə əsaslanır. 1959-cu ildə Vyetnam Respublikasının Prezidenti Ho Şi Minin Azərbaycana səfəri və 1983-cü ildə Ümummilli lider Heydər Əliyevin Vyetnama səfəri bu münasibətlərin təməlində duran əsas hadisələrdəndir.
Vyetnam Sosialist Respublikası Kommunust Partiyasının Baş katibi To Lamın Azərbaycana olan bu səfəri Vyetnam-Azərbaycan əlaqələrinin inkişafı üçün mühüm əhəmiyyət kəsb edir. Görüş zamanı bir daha bəlli oldu ki, Vyetnam Cənub-Şərqi Asiyada alternativ enerji potensialına malik ölkə kimi tanınır. Hər iki ölkə günəş, külək və biokütlə enerjisi sahəsində təcrübə mübadiləsi aparmağa, texnoloji biliklərini bölüşməyə və birgə investisiya layihələrini həyata keçirməyə maraqlıdır. Gələcəkdə Azərbaycanın Qaradağ və Neftçala bölgələrində, Vyetnamın isə Mekonq deltasında həyata keçiriləcək pilot layihələr tərəfdaşlığın praktiki mərhələsinə keçəcəyini göstərir.
Dövlətimizin başçısı daha sonra səfərin nəticələrinin uğurlu olacağını və əldə edilmiş razılaşmaların konkret layihələrə çevriləcəyini və Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizləri vasitəsilə qarşılıqlı ticarətin stimullaşdırılacağını əminliklə vurğuladı. Əminliklə demək olar ki, görüşdə imzalanan sənədlər Vyetnam – Azərbaycan əlaqələrini daha yüksək pilləyə qaldıracaq.
Vyetnam lideri To Lamın Azərbaycana səfəri çərçivəsində tərəfdaşlığın qurulması haqqında Birgə Bəyanatın imzalanması iki ölkə münasibətlərinin tarixində yeni dövrün başlanğıcı oldu. Cənab To Lamın əminliklə söylədiyi kimi, biz yaxın zamanlarda ikitərəfli münasibətlərimizi dərinləşdirə və genişləndirə biləcəyik, inkişaf naminə üstün cəhətlərimizdən faydalanacağıq.

Eldar Əsədov
YAP Tərtər rayon təşkilatının sədri

Digər xəbərlər