PDF Oxu

Siyasət

  • 954

Qeyri-rezident fiziki şəxslərin akkreditasiyadan keçirilmə qaydası təsdiqlənib

image

Qeyri-rezident fiziki şəxslərin akkreditasiyadan keçirilməsi qaydası və həmin şəxslərə dair tələblər təsdiqlənib. SİA xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.Qeyri-rezident fiziki şəxslərə dair tələblərə gəlincə, ali təhsilə və 3 ildən az olmayan ümumi iş stajına malik xarici ölkədə qiymətləndirmə fəaliyyəti ilə məşğul olan qeyri-rezident fiziki şəxslər Azərbaycan ərazisində qiymətləndirmə fəaliyyəti ilə məşğul ola bilərlər.Qəsdən ağır və xüsusilə ağır cinayət, habelə xarakterindən və ictimai təhlükəlilik dərəcəsindən asılı olmayaraq korrupsiya cinayəti və qulluq mənafeyi əleyhinə olan digər cinayət, həmçinin iqtisadi sahədə cinayət törətməyə görə məhkumluğu ödənilməmiş və ya götürülməmiş, barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi haqqında qanuni qüvvəyə minmiş məhkəmə qərarı olan qeyri-rezident fiziki şəxslər qiymətləndirici ola bilməzlər.Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyən qeyri-rezident fiziki şəxslər akkreditasiyanın aparılması üçün akkreditasiya orqanına “İnzibati icraat haqqında” qanunun müvafiq maddələrində nəzərdə tutulmuş qaydada ərizə (əlaqə məlumatları göstərilməklə) təqdim edirlər.

Ərizəyə aşağıdakı sənədlər əlavə edilir:

- qeyri-rezidentin şəxsiyyətini təsdiq edən sənədin (pasport, şəxsiyyət vəsiqəsi və s.) surəti;

- biometrik identifikasiya tələblərinə uyğun 1 ədəd rəngli fotoşəkil (3x4 sm ölçüdə);

- müraciəti qeyri-rezidentin nümayəndəsi etdikdə, qeyri-rezident adından çıxış etmək səlahiyyəti olan şəxsə verilən etibarnamə;

- qeyri-rezident fiziki şəxsə xarici ölkədə verilmiş aşağıdakı sənədlərin qanunvericiliklə müəyyən edilmiş qaydada leqallaşdırılmış və ya apostil verilmiş və Azərbaycan dilinə tərcüməsi notariat qaydasında təsdiq edilmiş surəti:

- ali təhsil haqqında sənəd (diplom);

- 3 illik iş stajına malik olmasını təsdiq edən sənəd;

- məhkumluq barədə sənəd;

- qeyri-rezident fiziki şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməməsi haqqında sənəd;

- qeyri-rezident fiziki şəxsə qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq hüququ verən sənəd.

Digər xəbərlər