"Prezident İlham Əliyevin və xanımı Mehriban Əliyevanın ötən həftə Ağdama olan növbəti səfərləri bir çox baxımdan yaddaqalan oldu. İlk növbədə həmin gün Ümummilli Lider Heydər Əliyevin 102-ci doğum günü ilə üst-üstə düşürdü. Eyni zamanda həmin gün Ağdamda çoxsaylı müəssisələrin açılışları həyata keçirildi. Xüsusilə Ağdam Muğam Mərkəzinin açılışında Prezidentin və birinci vitse-prezident Mehriban xanım Əliyevanın iştirakı orada böyük əhəmiyyət kəsb edirdi". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Jalə Əliyeva deyib.Onun sözlərinə görə, muğamımızın beşiyi olan, işğaldan azad edilən Ağdamda Azərbaycan muğamının səslənməsi, Azərbaycanın tanınmış mədəniyyət və incəsənət xadimləri ilə bir yerdə Prezident cənab İlham Əliyevin tədbirdə iştirak etməsi və tədbir zamanı söylədiyi nitq, həmçinin növbəti dəfə verdiyi mesajlar əlbətdə ki, çox böyük məna kəsb edirdi: "Ulu Öndər Heydər Əliyevin doğum günü olan 10 may tarixini hər bir azərbaycanlı üçün bayram olaraq qeyd edirik.Belə möhtəşəm bir gündə sevincimizin ikiqat artması, Ağdamımızda bu açılışların olması, eləcə də cənab Prezidentin şəxsən iştirak etməsi, həmçinin işğaldan azad olan torpağımızda tank səslərinin yerinə muğam səsi gəlməsi bütün azərbaycanlılara təsir etdi. Nə yaxşı ki Azərbaycanımız var, nə yaxşı ki Prezident İlham Əliyev var! Biz bu günlərin sevincini yaşadıqca, həqiqətən böyük bir sevinc və qürur hissi keçirdirik. Bu gün bütün dünyaya "Biz Qarabağdayıq"- deyə bilirik".
Müəllif: Xeyrənsə Piriyeva