PDF Oxu

Siyasət

  • 980

"Cari ilin ötən dövründə isə 124 teleqram, instaqram və tiktok hesabı bağlanıb" - Seyfulla Əzimov

image

"Əmək fəaliyyəti ilə məşğul olmaq üçün xaricə gedən insanların insan alverinin qurbanı olmaması üçün maarifləndirilməsi, seminarlar keçirilmiş məlumatlandırma işi aparılmışdır". SİA xəbər verir ki, bu sözləri Azərbaycanın İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatoru, daxili işlər nazirinin birinci müavini, polis general-leytenantı Seyfulla Əzimov Milli Məclisin bugünkü plenar iclasında 2024-cü ildə Azərbaycanda insan alverinə qarşı mübarizəyə dair məlumatı təqdim edərkən deyib.O bildirib ki, tədbirlərə Hüquq Mühafizə orqanları, media, tibb işçiləri, cəlb edilmişdir: "Tədbirlərə aid müsahibələr verilmişdir. Dövlət Miqrasiya qurumlarının əməkdaşları üçün təlimlər, kurslar təşkil olunmuşdur. Dövlət uşaq müəssisələri, uşaqların insan alverinin qurbanı olmaması üçün müdafiə gücləndirilmişdir. Aparılan monitorinqlər zamanı baxımsız 5 uşaq aşkar edilmiş, 1 uşaq uşaq evinə göndərilmişdir.Vətəndaşların məcburi əməyin qurbanı olmasının qarşısı alınmışdır. 354 valideyn haqqında tədbir görülmüşdür. 15 cinayət işi başlanılmış, 13 cinayət işinin istintaqı bitmişdir. 11 nəfərin beynəlxalq axtarışları davam etdirilir".Bu il insan alverinin təbliğatı ilə məşğul olan 124 teleqram, instaqram və tiktok hesabı bağlanıb. İnformasiya texnologiyalarının tətbiqi ilə törədilmiş 44 müvafiq cinayət aşkarlanıb və cinayət işi başlanılıb. Eyni zamanda insan alverinin təbliğatı ilə bağlı məşğul olan 156, cari ilin ötən dövründə isə 124 teleqram, instaqram və tiktok hesabı bağlanıb.Ötən il insan alveri qurbanı olmuş 91 nəfərin hamısı Azərbaycan vətəndaşı olub. 2024-cü ildə Kipr və Qvatemalada üç Azərbaycan vətəndaşı insan alverində təqsirləndirilərək həbs edilib. Eyni zamanda Azərbaycana readmissiya edilən şəxslərdən birinin Yunanıstanda insan alverinin qurbanı olduğu müəyyənləşib".

Digər xəbərlər