"Çox təəssüf kimi insan alveri kimi bir məsələ 21-ci əsrdə hələ də problemdir". SİA xəbər verir ki, bu sözləri Milli Məclisin plenar iclası zamanı deputat Aydın Mirzəzadə deyib.O bildirib ki, bu ağır cinayətə qarşı mübarizədə təkcə Daxili İşlər Nazirliyi fəaliyytə göstərmir: "Azərbaycan hüquqi demokratik dövlətir. Hesab edirəm, dövlətimiz bu sahədə kompleks işlər görür. İnsanlar üçün keyfiyyətli tibbi müəssisələr, iş yerlərinin açılması insan alveri ilə məşğul olanların fəaliyyətini məhdudlaşdırır. Azərbaycan vətəndaşı öz polisi fəxr edir.Bir neçə gün bundan əvvəl bir ailənin məsələsi var idi. Daxili İşlər Nazirliyi üzərinə düşən məsələni həll etdi. Sosial şəbəkələrdə, xüsusilə də, "Tik Tok" sosial şəbəkəsində Azərbaycan polisinə qarşı qarayaxma kompaniyası gedir. Düzdür, vətəndaşlar onlara layiqli cavab verirlər".