PDF Oxu

Siyasət

  • 1 044

UNEC-də “Ortaq Gələcək: Sosial-iqtisadi innovasiyalar” mövzusunda konfransı öz işinə başlayıb

image

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Türk Dünyası İqtisad Fakültəsinin təşkilatçılığı ilə “Ortaq Gələcək: Sosial-iqtisadi innovasiyalar” mövzusunda Beynəlxalq Türk Dünyası İqtisad konfransı öz işinə başlayıb.

Tədbirin açılış mərasimində UNEC-in prorektoru dosent Gəray Musayev, Türkiyə Respublikasının Azərbaycandakı səfiri Bürol Akgün, Böyük Millət Məclisinin millət vəkili İlyas Topsakal, Türk Dünyası Araşdırmalar Vəqfinin (TDAV) sədri Közhan Yazgan və Özbəkistan Üçrəng RANCH Texnologiya Universitetinin rektoru Curatbek Atacanov çıxış ediblər.UNEC-in prorektoru dosent Gəray Musayev konfransın məqsədinin Türk Dünyası ölkələrinin sosial-iqtisadi inkişafında qarşılıqlı əməkdaşlığı artırmaq, yeni iqtisadi yanaşmaları və sosial innovasiyaları müzakirə etmək, eləcə də ölkələr arasında təcrübə mübadiləsini gücləndirmək olduğunu qeyd edərək, konfransın işinə uğurlar arzulayb.Türkiyə Respublikasının Azərbaycandakı səfiri Bürol Akgün Türk Dünyasının tarixindən söz açaraq, türkdilli ölkələr arasında əməkdaşlığın daha da gücləndirilməsinin əhəmiyyətini vurğulayıb. O, konfransın Türk dünyası ölkələrinin elm, təhsil, iqtisadiyyat, texnologiyalar sahəsində yeni fikir və layihələrin müzakirəsi, eləcə də gələcək strategiyaların müəyyənləşdirilməsi baxımından mühüm platforma olduğunu diqqətə çatdırıb.Türk Dünyası Araşdırmaları Vəqfinin rəhbəri Közhan Yazğan 33 il əvvəl fəaliyyətə başlayan TUDİFAK-ın Azərbaycanla Türk dünyası dövlətləri arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində strateji əhəmiyyət daşıdığını diqqətə çatdırıb. O, fakültənin hər zaman Türk dövlətləri alimlərini, iş adamlarını bir araya gətirərək mühüm elmi tədbirlərə ev sahibliyi etdiyini, bilik və təcrübə mübadiləsində önəmli rol oynadığını qeyd edib.Böyük Millət Məclisinin millət vəkili İlyas Topsakal çıxışında Türk Dünyası dövlətlərinin sovetlər birliyinin dağılmasından sonra dünya sisteminə inteqrasiyasından söz açıb. O, ilkin mərhələdə iqtisadi sahədə qurulan əlaqələrin zamanla sosial, mədəniyyət, elm, təhsil və digər sahələri də əhatə edərək, daha dərinləşdirildiyini bildirib. Millət vəkili bu əlaqələrin inkişafının Türk Dünyası ölkələrinin birgə gələcəyini daha da möhkəmləndirdiyini qeyd edib.Özbəkistanın Üçrəng RANCH Texnologiya Universitetinin rektoru Curatbek Atacanov isə çıxışında ölkələrin iqtisadi inkişafının dövlətin möhkəmləndirilməsindəki rolundan danışıb. O, Özbəkistanda həyata keçirilən iqtisadi strategiyanın elm, təhsil, sosial və mədəni sahələrə olan müsbət təsirlərinə toxunaraq, bu inkişafın ölkənin beynəlxalq arenada mövqeyini möhkəmləndirdiyini, Türk Dünyası ölkələri arasında daha sıx əməkdaşlıq və qarşılıqlı faydalı layihələrə yol açdığını vurğulayıb.Çıxışlardan sonra konfrans “Türk Dünyasında dayanıqlı və yaşıl iqtisadiyyatın yeni dövrü”, “İnformasiyanın idarəedilməsi və süni intellekt”, “Gənclər və iqtisadi inkişaf: yeni nəsil sahibkarliq və startaplar” mövzularında panel iclaslarla davam edib.İki gün davam edəcək konfransda müxtəlif ölkələri təmsil edən alimlər, tədqiqatçılar, biznes nümayəndələri bilik və təcrübə mübadiləsi aparacaqlar.

Digər xəbərlər