PDF Oxu

Siyasət

  • 1 800

Çex Respublikasının Prezidenti Petr Pavel Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib

image

Çex Respublikasının Prezidenti Petr Pavel Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir: "Zati-aliləri.

İcazə verin, Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə və ölkənizin xalqına ən səmimi təbriklərimi çatdırım.
Çex Respublikası Azərbaycan Respublikası ilə qarşılıqlı münasibətlərin səviyyəsini, eləcə də əməkdaşlığın daha da inkişaf etdirilməsi və dərinləşdirilməsi sahəsində ortaq maraqlarımızı yüksək qiymətləndirir.
Zati-aliləri, Sizə möhkəm cansağlığı və uğurlar arzulayıram".

Digər xəbərlər