PDF Oxu

Siyasət

  • 1 202

Qurbanqulu Berdiməhəmmədov Azərbaycan Prezidentini təbrik edib

image

Türkmən xalqının Milli Lideri, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovdan Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.SİA xəbər verir ki, məktubda deyilir:

"Hörmətli İlham Heydər oğlu.

Sizi və ölkənizin qardaş xalqını Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm.Azərbaycan müstəqillik illərində həyat fəaliyyətinin bütün sahələrində möhtəşəm uğurlar əldə edib, beynəlxalq arenada yüksək nüfuz və etimad qazanıb.Əminik ki, mehriban qonşuluq, səmimi dostluq və etimad prinsiplərinə əsaslanan Türkmənistan-Azərbaycan strateji tərəfdaşlığı qardaş ölkələrimizin və xalqlarımızın rifahı naminə bundan sonra da dinamik inkişaf edəcəkdir.Fürsətdən istifadə edərək, Sizə səmimi-qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik və ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar, qardaş Azərbaycan xalqına isə sülh, əmin-amanlıq və tərəqqi arzulayıram".

Digər xəbərlər