PDF Oxu

Siyasət

  • 1 275

Müstəqil siyasət və sabit əməkdaşlıq modeli

image

Azərbaycan-Macarıstan əlaqələri iki ölkə arasında münasibətlərin qurulduğu tarixdən etibarən daim yüksələn xətlə inkişaf edir. Azərbaycanın Mərkəzi və Şərqi Avropa ölkələri ilə münasibətlərində Macarıstanla əməkdaşlıq xüsusi yer tutur.Azərbaycanın dövlət başçısının xatırlatdığı kimi, Macarıstana tez-tez səfər edir, eyni zamanda, Baş nazir Viktor Orban Azərbaycana müntəzəm olaraq gəlir və bütün bunlar iki dövlət arasında olan təmasların mütəmadi xarakter daşıdığını və əlaqələrin uğurla inkişaf etdiyini təsdiqləyir.

Viktor Orbanın mətbuata bəyanatında vurğuladığı kimi, Azərbaycan Macarıstanın sadiq və etibarlı dostudur və öz sarsılmaz qardaşlığı ilə macar xalqının hörmətini qazanıb. Azərbaycan Macarıstanın qarşılaşdığı istənilən çətinliyin dəf edilməsində öz mənəvi borcunu nümayiş etdirib. Azərbaycan lideri istər siyasi məsələlərdə, enerji təhlükəsizliyi və ya digər sahələrdə daim Macarıstanın yanında olub.
Ölkələrimiz arasında iqtisadi əlaqələrdə də davamlı inkişaf müşahidə olunur. Azərbaycan və Macarıstan geniş iqtisadi potensiala malik ölkələrdir. İki ölkə arasında imzalanmış strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə, habelə iqtisadi sahəni əhatə edən bir sıra digər sənədlər iqtisadi əməkdaşlığın daha da genişlənməsində əhəmiyyətli baza rolunu oynayır. Azərbaycanda Macarıstan investisiyalı şirkətlər əsasən kənd təsərrüfatı, nəqliyyat, ticarət, xidmət sahələrində fəaliyyət göstərir.Macarıstan Azərbaycanın strateji tərəfdaşı və Avropa İttifaqında ən etibarlı tərəfdaşlarından biridir.Qeyd edək ki, 1991-ci il dekabrın 26-da Azərbaycan Respublikasının müstəqilliyini tanıyan Macarıstanla diplomatik münasibətlər 1992-ci il aprelin 27-də qurulub. Keçən il diplomatik münasibətlərimizin qurulmasının 30 illiyi qeyd edilib. 2004-cü ildə Azərbaycanın Macarıstanda, 2009-cu ildə isə Macarıstanın ölkəmizdə səfirliyi təsis olunub. İki ölkə arasında parlamentlərarası münasibətlər də yüksək səviyyədə inkişaf edir.
Rəsmi Bakı və Budapeşt bir çox beynəlxalq təşkilatda uğurla təmsil olunmaqla yanaşı, beynəlxalq müstəvidə bir-birlərinə qarşılıqlı dəstək nümayiş etdirirlər. Bu da ölkələrimiz arasında möhkəmlənən dostluq münasibətlərinin daha bir nümunəsidir. Prezident İlham Əliyev bəzi Avropa ölkələrinin yaratdığı anti-Azərbaycan qruplaşmasına qarşı Macarıstanın nümayiş etdirdiyi cəsarətli, eyni zamanda ədalətli mövqeyini xüsusi vurğulamışdır.
Həmçinin, Macarıstan Azərbaycanın ərazi bütövlüyünü və suverenliyinii tanıyan ilk dövlətlərdən biri kimi həmin dəstəyini 44 günlük Vətən müharibəsi dövründə də olduğu kimi, indi də davam etdirir. Macar şirkətlərinin ölkəmizin işğaldan azad edilmiş ərazilərində quruculuq işlərinə qoşulması iki ölkənin dostluq münasibətlərini və iqtisadi əməkdaşlığının inkişafını göstərir. Parlament sədrləti ilə görüşdə cənab İlham Əliyev xüsusi olaraq bəyan edib ki, Cəbrayıl rayonundakı bir məntəqədə Macarıstanın maliyyə dəstəyi ilə bir məktəb inşa edilir və bu, bir daha bizim birliyimizi göstərir.
Bütün bu deyilənlərdən belə bir qənaət hasil olur ki, hər iki ölkədə sənaye, nəqliyyat, informasiya texnologiyaları, kənd təsərrüfatı, ticarət və s. sahələrdə də əlaqələrin gücləndirilməsi üçün əlverişli şərait var və bu potensialın reallaşdırılması məqsədilə zəruri tədbirlər görülür. Bu isə Azərbaycan-Macarıstan əlaqələrinin getdikcə genişlənməsini, iqtisadi sahədə yüksək nəticələrin əldə edilməsini şərtləndirir.

Təvəkkül Əliyev
YAP Şuşa rayon təşkilatının sədri

Digər xəbərlər